Qadın həndbolçuların Azərbaycan çempionatında iki turun oyunları keçirilib

05.02.2023
752
Paylaş:

Həftəsonu “AHF Arena”da qadın həndbolçuların Azərbaycan çempionatında iki turun oyunları keçirilib. 
11-ci turda “Azəryol” və “İdman Akademiyası” komandalarının görüşü olduqca gərgin və maraqlı mübarizə ilə yadda qalıb. Fasiləyə 16:16 hesabı ilə yollanan rəqiblər ikinci hissədə də qalibi müəyyənləşdirə bilməyiblər-27:27. Penalti seriyasında isə daha dəqiq oynayan “İdman Akademiyası” yarışın lideri ilə dueli qələbə ilə başa vurub – 31:29. Ardınca meydançaya çıxan U-16 və “Azərsu” komandalarının qarşılaşmasında isə “Azərsu” favorit statusunu təsdiqləyib – 31:18.


Bu komandaların 12-ci turdakı görüşündə isə fərqli nəticə qeydə alınıb. Meydançaya revanş hissi ilə çıxan “U - 16” gərgin mübarizə şəraitində keçən oyunu 23:22 hesablı qələbə ilə bitirməyi bacarıb. 
“Azəryol” da öz növbəsində bir tur əvvəlki məğlubiyyətin əvəzini çıxıb. “İdman Akademiyası”nın bütün cəhdlərinə baxmayaraq oyunun hər iki hissəsini yüksək səviyyədə keçirən rəqib 44:26 hesabı ilə qələbə qazanıb. 
“Azəryol” 28 xalla çempionatın lideridir. “Qarabağ” ondan 5 xal geri qalır. “İdman Akademiyası” 14 xalla 3-cü, “Azərsu” 9 xalla 4-cü pillədə qərarlaşıb. Mövsümdə ilk qələbəsini qazanan “U-16” 3 xalla sonuncu yerdədir.

Digər Xəbərlər

“Azəryol”la “Bakı” çempionluğu rəsmiləşdirdi

674 24.04.2022

Avropa çempionatı: ESP (İspaniya) - SLO (Sloveniya) 28:20

460 13.08.2023

Avropa çempionatı: LTU (Litva) - ESP (İspaniya) 19:41

378 12.08.2023

Avropa çempionatı: LTU (Litva) - GEO (Gürcüstan) 37:23

434 07.08.2023

Azərbaycan çempionatı: “Kür” - “Azəryol” 28:34

124 18.02.2024

Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar olub

629 19.02.2017

Azərbaycan çempionatında pley-off mərhələsinə start verilib

648 24.03.2018

“Azəryol ” ilk görüşünü qələbə ilə başa vurub

926 17.11.2018