“Azəryol”la “Bakı” çempionluğu rəsmiləşdirdi

24.04.2022
681
Paylaş:

Həndbol  üzrə  ölkə  çempionatında  qadınlardan  ibarət  komandaların  yarışına  yekun  vurulub.  Çempionatın  əsas  favoriti  sayılan  “Azəryol”  son  turda  da  azarkeşlərini  inamlı  qələbə  ilə  sevindirib.  “İdman  Akademiyası”  ilə  oyunun  ilk  hissəsindən  təşəbbüsə  yiyələnən  “Azəryol”  görüşü  42:19  hesabı  ilə  başa  vuraraq  növbəti  çempionluğu  rəsmiləşdirib.
Son  turadək  qızıl  medallara  nəzəri  imkanlarını  qoruyan  “Qarabağ”  “Azərsu”  ilə  oyunda  öz  üzərinə  düşən  vəzifənin  öhdəsindən  gəlsə  də,  33:20  hesablı  qələbə  ilə  yalnız  ikinci  yerlə  kifayətlənməli  olub.  2  xala  malik  “İdman  Akademiyası”  ilə  “Azərsu”  vurulan  və  buraxılan  topların  fərqinə  əsasən  müvafiq  olaraq  sonrakı  yerləri  bölüşüb.
Kişilərdən  ibarət  komandaların  yarışında  da  qızıl  medalların  sahibi  müəyyənləşib.  9-cu  turda  “U-18”  komandasına  31:24  hesabı  ilə  qalib  gələn  “Bakı”  son  oyunların  nəticəsindən  asılı  olmayaraq  pərəstişkarlarına  çempionluq  sevinci  yaşadıb.  Bu  tura  qədər  çempionluq  imkanlarını  qoruyan  “Təhsil”  “U-16”  üzərindəki  26:25  hesablı  qələbə  ilə  yalnız  gümüş  medallarla  kifayətlənməli  olacaq.
“Məhsul”  –  “Gənclər  Birliyi”  görüşünü  31-25  hesablı  qələbə  ilə  başa  vuran  nominal  ev  sahibi  aktivinə  7-ci  xalı  yazdırıb.
Qeyd  edək  ki,  bürünc  mükafatçının  adına  aydınlıq  gətirəcək  10-cu  turda  “Bakı”  “Məhsul”  ilə,  “Təhsil”  U-18  İdman  Akademiyası  ilə,  U-16  “Gənclər  Birliyi”  ilə  qarşılaşacaq.

 

                           

Digər Xəbərlər

Bu gün Azərbaycan Gəncləri Günüdür

151 02.02.2024

"Qarabağ" liderlə xal fərqinin artmasına imkan vermədi

692 18.12.2019

Azərbaycan çempionatında XI turun təqvimi

232 16.02.2024

Azərbaycan çempionatına yekun vuruldu

591 28.04.2018

“Bakı” çətin Mingəçevir səfərindən xalla qayıtdı

68 17.03.2024

Azərbaycan çempionatı, II tur: Oyun cədvəli

328 17.11.2023

Orxan Abbasov: Azərbaycanda həndbola göstərilən yüksək diqqət daha böyük uğurların qazanılmasına zəmin yaradır

1002 07.11.2018

Tanınmış həndbol mütəxəssisi dünyasını dəyişib

566 02.11.2022