Həndbol üzrə Azərbaycan çempionatında IV turun oyunları keçirilib

03.04.2022
788
Paylaş:



Günün  ilk  oyununda  kişilərdən  ibarət  U-18  İdman  Akademiyası  və  “Bakı”  komandaları  üz-üzə  gəliblər.  Gərgin  və  maraqlı  mübarizə  ilə  yadda  qalan  görüş  “Bakı”nın  qələbəsi  ilə  nəticələnib  –  27:22.

Kişilərin  mübarizəsində  “Gənclər  Birliyi”  –  “Məhsul”  görüşü  də  maraqlı  idman  mübarizəsi  şəraitində  keçib.  İlk  hissəni  13-12  hesablı  üstünlüklə  bitirən  “Məhsul”  üstünlüyü  sonadək  qoruya  bilməyib.  Fasilədən  sonra  vəziyyəti  dəyişməyi  bacaran  “Gənclər  Birliyi”  28-24  hesabı  ilə  qalib  gəlib.

U-16  –  “Təhsil”  qarşılaşmasında  nominal  qonaqların  imkanlarını  yüksək  qiymətləndirənlər  yanılmayıblar.  Rəqibin  ciddi  müqavimətinə  baxmayaraq  oyun  “Təhsil”in  qələbəsi  ilə  yekunlaşıb  -  35:33.

Kişilərdən  ibarət  komandaların  çempionatında  8  xalla  “Bakı”  liderlik  edir.  U-18  İdman  Akademiyası  və  “Təhsil”in  hərəyə  5  xalı  var.  U-16  3  xalla  4-cüdür.  “Gənclər  Birliyi”nin  2,  “Məhsul”un  1  xalı  var.

Qadın  həndbolçuların  yarışında  iki  qarşılaşma  olub.  “Azərsu”  -   “Qarabağ”  matçının  ilk  hissəsindən  təşəbbüsə  yiyələnən  “Qarabağ”  fasiləyədək  əldə  etdiyi  üstünlüyü  ikinci  hissədə  daha  da  möhkəmləndirərək  inamlı  qələbə  çalıb  –  36:10

“İdman  Akademiyası”  –  “Azəryol”  görüşündə  də  nominal  qonaqlar  etimadı  doğruldublar.  “Azəryol”un  tam  üstünlüyü  şəraitində  keçən  oyun  18-43  hesabı  ilə  başa  çatıb.

Qadınların  mübarizəsində  3  oyundan  6  xalla  “Azəryol”  liderdir.  “Qarabağ”  4  xalla  ikincidir.  “İdman  Akademiyası”  ilə  “Azərsu”nun  hərəyə  1  xalı  var.

Çempionatın  aprelin  9-da  keçiriləcək  növbəti  turunda  “Məhsul”  –  “Bakı”,  “Qarabağ”  –  “İdman  Akademiyası”,  U-18  İdman  Akademiyası  –  “Təhsil”,  “Azərsu”  –  “Azəryol”  və  “Gənclər  Birliyi”   -  U-16  oyunları  olacaq.


                           

Digər Xəbərlər

“Kür” liderlik mövqeyini qorudu

91 15.04.2024

Orxan Abbasov: “Həndbol üzrə Avropa çempionatının Azərbaycanda təşkil olunması müzakirə edilib”

551 16.06.2022

V İslam Həmrəyliyi Oyunlarında həndbol yarışları avqustun 7-də başlayacaq

694 27.07.2022

5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bütün idman ictimaiyyətini səmimi qəlbdən təbrik edirik!

129 05.03.2024

Yeniyetmələr arasında həndbol üzrə növbəti görüşlər keçirilib

771 04.06.2022

Həndbol üzrə Azərbaycan çempionatına yekun vurulub

688 01.05.2022

Azərbaycan Həndbol Federasiyasında hakimlər üçün iclas keçirilib

689 26.10.2022

Həndbol hakimlərimiz nüfuzlu yarışlarda

621 21.04.2022