Həndbol üzrə ölkə birinciliyində üç oyun keçirilib

27.03.2022
795
Paylaş:

Martın  27-də  kişi  həndbolçuların  Azərbaycan  çempionatında  3-cü  turun  oyunları  keçirilib. Günün  ilk  qarşılaşmasında  “Bakı”  komandası  U-16   üzərində  çətinlik  çəkmədən  qələbə  qazanıb  -  38:24. Digər  oyunda  U-18  İdman  Akademiyası  ilə  qarşılaşan  “Məhsul”  həndbolçuları  meydanı  30:15  hesablı  məğlubiyyətlə  tərk  ediblər. Turun  son  qarşılaşmasında  "Təhsil"  klubu  "Gənclər  Birliyi"  kollektvinə  böyük  hesabla  qalib  gəlib  -  42:19. Qeyd  edək  ki,  ölkə  çempionatının  4-cü  turunun  bütün  görüşlərinin  aprelin  2-də  keçirilməsi  nəzərdə  tutulub.  Tura  U-18  İdman  Akademiyası  –  “Bakı”,  “Azərsu”-“Qarabağ”,  “Gənclər  Birliyi”-  “Məhsul”,  “İdman  Akademiyası”  -  “Azəryol”,  U-16  -  "Təhsil"   matçları  ilə  yekun  vurulacaq.

Digər Xəbərlər

“Olimpiya” komandasından ardıcıl qələbələr

673 21.12.2018

“ABU Arena” idman kompleksi “AHF Arena” kimi fəaliyyətə başlayacaq

736 15.09.2022

Orxan Abbasov Azərbaycan Avropa Həndbol Federasiyasının konfransında iştirak edir

1403 02.04.2019

"Qarabağ" - "Azərsu" matçında gərgin mübarizə

609 08.04.2018

Avropa Kuboku: “Azəryol” (Azərbaycan) – “Brixen” (İtaliya) 22:43

415 20.10.2023

"Məhsul"  əsas rəqibini üstələdi

654 18.01.2020

Həndbol üzrə XXV Azərbaycan çempionatına hazırlıq işləri yekunlaşmaq üzrədir

560 29.09.2017

Kişi həndbolçuların da Azərbaycan çempionatına start verildi

786 13.10.2019