"Məhsul"  əsas rəqibini üstələdi

18.01.2020
2618
Paylaş:

Kişi həndbolçuların Azərbaycan kuboku turniri davam edir. Yarışın əsas favoriti sayılan “Məhsul” bu tur  “Bakı” komandası ilə qarşılaşıb. Kubok mübarizəsinə qələbə ilə başlayan rəqiblərin oyunu böyük maraqla gözlənilirdi.  Bu görüş qrup liderini müəyyənləşdirmək baxımından həlledici xarakter daşıyırdı. Rəqibin ciddi müqavimətinə rəğmən, oyunu qələbə ilə bitirən “Məhsul” qarşıya qoyulan tapşırığı yerinə yetirib –  32:29.
Günün digər matçında meydançaya “Təhsil” və U-18 komandaları çıxıblar. Startı uğursuz alınan rəqiblərin növbəti görüşündə birincilərin qələbəsinə inananlar yanılmayıblar.  “Təhsil”in üstünlüyü şəraitində keçən qarşılaşma 36:17 hesabı ilə başa çatıb.
Yanvarın 25-də keçiriləcək “Məhsul”  –  U-18 və “Təhsil”  –  “Bakı” görüşləri ilə qrup mərhələsinə yekun vurulacaq.
Sabah isə qadınlardan ibarət komandalar ikinci oyunlarını keçirəcəklər.
“ABU Arena”nın meydançasında “Azəryol”  “Qarabağ”la,  “Azərsu”  “İdman Akademiyası” ilə üz-üzə gələcək.

Digər Xəbərlər

Hakimlərimizə yeni təyinat verilib

2927 08.11.2018

Azərbaycan çempionatı: IX turun ilk oyun gününün nəticələri

1569 21.12.2024

Liderlər qrupunun komandaları 7-ci turda üz-üzə gəlir

214 13.02.2026

“Azəryol” “Çağırış kuboku”nda mübarizəyə qələbə ilə başlayıb

2418 19.11.2017

Millimiz Litva seçməsinə qalib gəldi

2072 28.02.2024

Azərbaycan çempionatı: IV turun oyun cədvəli

2528 01.12.2023

Azərbaycan birinciliyinin zona yarışı başa çatıb

1957 09.05.2024

Kişi həndbolçularımız Gürcüstan klubu ilə üz-üzə gəliblər

2700 03.06.2017