Həndbol hakimlərimiz ölkəmizi daha bir nüfuzlu yarışda təmsil edəcəklər

17.04.2021
837
Paylaş:

Beynəlxalq  dərəcəli  həndbol  hakimlərimiz  ölkəmizi  daha  bir  nüfuzlu  yarışda  təmsil  edəcəklər.  Söhbət  qadın  həndbolçuların  2021-ci  il  Dünya  çempionatının  təsnifat  mərhələsindən  gedir.

Referilər  Ernest  və  Emil  Ağakişi  Rusiya  və  Türkiyə  milli  komandalarının  görüşünə  təyinat  alıblar.  Onlar  aprelin  20-də  Moskvanın  “Dinamo”  arenasında  təşkil  olunacaq  prinsipial  qarşılaşmada  ədaləti  qoruyacaqlar.

Rusiya  paytaxtında  keçiriləcək  görüş  kifayət  qədər  gərgin  və  maraqlı  mübarizə  vəd  edir.  Referilərimizdən  dünya  çempionatının  final  mərhələsinə  vəsiqənin  taleyini  həll  edəcək  görüşdə  böyük  məsuliyyət  tələb  olunur.  Onların  bu  vəzifənin  öhdəsindən  layiqincə  gələcəyi  isə  şübhə  doğurmur.

Digər Xəbərlər

Beynəlxalq turnir: "Alatau Arulary” (Qazaxıstan) – Özbəkistan millisi 23:23

48 29.08.2024

Astana (Qazaxıstan) - Azərbaycan 31:28 (18:14)

183 21.05.2024

Həndbol hakimlərimiz EHF kuboku oyununu idarə edəcəklər

802 30.08.2017

“Kür” yenidən zirvəni ələ keçirdi

226 29.04.2024

“Azəryol”dan növbəti qələbə, “Bakı”nın ilk məğlubiyyəti

834 17.04.2022

Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini ürəkdən təbrik edirik!

170 22.07.2024

“Azərsu” növbəti qələbəsini qazanıb

1173 27.10.2018

17 yaşadək həndbolçu qızların Avropa çempionatında qrup mərhələsinin II turunun oyun cədvəli

764 06.08.2023