“Azəryol”dan növbəti qələbə, “Bakı”nın ilk məğlubiyyəti

17.04.2022
2528
Paylaş:

Həndbol  üzrə  Azərbaycan  çempionatında  növbəti  oyunlar  keçirilib.  Qadınlardan  ibarət  komandaların  yarış  cədvəlinin  lideri  “Azəryol”  “Qarabağ”la  görüşdə  də  pərəstişkarlarını  sevindirib.  Gözlənildiyi  kimi  gərgin  mübarizə  ilə  yadda  qalan  oyunun  ilk  hissəsində  üstünlüyə  yiyələnən  “Azəryol”  sonadək  təşəbbüsü  qoruyaraq  inamlı  qələbə  qazanıb  –  37:28.  “İdman  Akademiyası”  –  “Azərsu”  oyunu  da  maraqlı  idman  mübarizəsi  şəraitində  keçib.  “Azərsu”  fasiləyə  2  xal  fərqi  ilə  üstün  yollansa  da  artığını  bacarmayıb.  Geriliyi  aradan  qaldıran  “İdman  Akademiyası”  görüşü  heç-heçə  başa  vurub  –  24:24.
5  oyundan  maksimum  nəticə  göstərən  “Azəryol”  çempionatın  vahid  lideridir.  “Qarabağ”  ondan  4  xal  geri  qalır.  “İdman  Akademiyası”  ilə  “Azərsu”nun  hərəyə  2  xalı  var.
Kişi  həndbolçuların  çempionatının  7-ci  turunda  lider  “Bakı”  yarışda  ilk  məğlubiyyəti  ilə  barışıb.  Paytaxtın  eyni  adlı  komandası  “Təhsil”lə  gərgin  mübarizə  şəraitində  keçən  oyunda  26:29  hesabı  ilə  uduzub.
“Gənclər  Birliyi”  –  U-18  İdman  Akademiyası  görüşündə  nominal  qonaqlar  36:24  hesabı  ilə  qalib  gəliblər.
U-16  –  “Məhsul”  qarşılaşmasında  isə  ev  sahibi  qismində  çıxış  edən  komanda  qələbə  çalıb  -  33:26.
8-cı  turun  oyunlarında  isə  “Bakı”  U-16-ya  31:20,  “Məhsul”  U-18  İdman  Akademiyası-na  27:26,  “Təhsil”  “Gənclər  Birliyi”nə  38:28  hesabı  ilə  qalib  gəlib.
8  oyundan  14  xal  toplayan  “Bakı”  yarış  çədvəlinə  liderlik  edir.  “Təhsil”  11  xalla  ikincidir.  U-16  və  U-18  İdman  Akademiyası-nın  hərəyə  9,  “Məhsul”un  3  ,  “Gənclər  Birliyi”nin  2  xalı  var.

                         

Digər Xəbərlər

Həndbol komandalarımız məşqlərə başlayıblar

2373 06.09.2023

Millimiz məşqləri Mingəçevirdə davam etdirir

538 23.10.2025

2024-cü il Avropa çempionatının təsnifat mərhələsi: Şimali Makedoniya - Azərbaycan 40:17

2704 11.10.2023

Favoritlər turu qələbə ilə başa vurdular

2878 11.11.2018

Azərbaycan çempionatında növbəti oyunların nəticələri

1561 30.01.2025

Favoritlər etimadı doğruldublar

2749 21.01.2018

"Qarabağ" "Kür"ə, "Azəryol" "Bakı"ya qalib gəldi

1546 03.05.2025

“Azərsu” “Olimpiya” üzərində növbəti qələbəsini qazandı

2688 25.01.2019