Orxan Abbasov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib

23.06.2020
1281
Paylaş:

Prezident  İlham  Əliyev  dövlət  qulluqçularının  təltif  edilməsi  haqqında  sərəncam  imzalayıb.  Təltif  edilənlərin  sırasında  Gənclər  və  İdman  Nazirliyinin  əməkdaşı,  Azərbaycan  Həndbol  Federasiyasının  vitse-prezidenti  Orxan  Abbasov  da  yer  alıb.  Sərəncama  əsasən,  dövlət  qulluğunda  səmərəli  fəaliyyətinə  görə,  Abbasov  Orxan  Vilayət  oğlu  “Dövlət  qulluğunda  fərqlənməyə  görə”  medalı  ilə  təltif  olunub.

Qeyd  edək  ki,  Abbasov  Orxan  Vilayət  oğlu  1983-cü  ildə  Mingəçevir  şəhərində  anadan  olub.  2000-2004-cü  illərdə  Azərbaycan  Dövlət  İqtisad  Universitetində  Beynəlxalq  iqtisadi  münasibətlər,  2004-2008-ci  illərdə  Rusiya  Federasiyası  Daxili  İşlər  Nazirliyinin  Sankt-Peterburq  Dövlət  Universitetində  hüquqşünaslıq,  2018-2020-ci  illərdə  Azərbaycan  Respublikası  Prezidenti  Yanında  Dövlət  İdarəçiliyi  Akademiyasında  Dövlət  Qulluğunun  Təşkili  və  İdarəedilməsi  ixtisasları  üzrə  təhsil  alıb.

2009-2015-ci  illərdə  Səbail  rayon  Gənclər  və  İdman  İdarəsində

aparıcı  məsləhətçi  vəzifəsində  çalışıb.  2015-ci  ildən  hal-hazıradək  həmin  idarənin  rəis  müavini  vəzifəsində  işləyir.

2017-ci  ildə  Azərbaycan  Həndbol  Federasiyasının  vitse-prezidenti  vəzifəsinə  təyin  olunub.

2009-cu  ildən  Yeni  Azərbaycan  Partiyasının  üzvüdür.

Ailəlidir,  iki  uşağı  var.

 

Digər Xəbərlər

AÇ-2024-ün seçmə mərhələsi: İspaniya - Azərbaycan 42:16

124 07.04.2024

Bakı EHF kuboku yarışlarında cavab görüşünü keçirib

606 29.10.2022

Seçmə komandamız Rusiyanın “Rostov–2” komandasını məğlubiyyətə uğradıb

630 29.04.2017

Qadın həndbolçulardan ibarət millimizin rəqibi məlum olub

634 29.06.2022

“Azəryol” daha bir inamlı qələbə qazanıb.

688 14.10.2017

İsgəndər Əsgərov Gürcüstanda keçiriləcək yarışa dəvət alıb

650 15.07.2018

Azərbaycanın həndbol komandalarının avrokubok yarışlarındakı rəqibləri müəyyənləşəcək

554 16.07.2018

Bu gün Azərbaycan Gəncləri Günüdür

147 02.02.2024