"Azəryol" liderliyi davam etdirir

13.02.2020
659
Paylaş:

Qadın  həndbolçuların  Azərbaycan  çempionatında  XI  turun  oyunları  keçirilib.  Günün  ilk  görüşü  daha  böyük  maraqla  gözlənilirdi.  Çempionluq  uğrunda  yarışan  “Qarabağ”la  “Azəryol”un  qarşılaşması  gözlənildiyi  kimi  gərgin  mübarizə  ilə  yadda  qalıb.  Liderlə  xal  fərqini  aradan  qaldırmaq  istəyində  olan  rəqibin  ciddi  müqavimətinə  baxmayaraq,  3  xallıq  üstünlüklə  qələbə  çalan  “Azəryol”  pərəstişkarlarını  sevindirib  –  29:26.

Turun  “Azərsu”  –  “İdman  Akademiyası”  matçında  nominal  ev  sahibi  heç  də  asanlıqla  qalib  gəlməyib.  Məğlubiyyətlə  barışmaq  istəməyən  “İdman  Akademiyası”  rəqibə  layiqli  müqavimət  göstərib.  Bununla  belə,  görüş  daha  təcrübəli  “Azərsu”nun  üstünlüyü  ilə  yekunlaşıb  –  39:33.

XI  turu  da  qələbə  ilə  bitirən  “Azəryol”  20  xalla  liderliyi  davam  etdirir.  “Qarabağ”  ondan  4  xal  geri  qalır.  “Azərsu”  6  xalla  üçüncü  yerdə  qərarlaşıb.  Hələ  də  xal  qazana  bilməyən  “İdman  Akademiyası”  çempionatın  autsayderidir.

Fevralın  19-na  təyin  olunan  XII  turun  oyunlarında  “Azəryol”  “İdman  Akademiyası”  ilə,  “Azərsu”  “Qarabağ”la  üz-üzə  gələcək.

Fevralın  15-də  isə,  kişi  həndbolçuların  ölkə  çempionatında  növbəti  oyunlar  keçiriləcək.  Həmin  gün  azarkeşlər  “Bakı”  -  “Məhsul”  “Təhsil”  –  U-18  görüşlərinin  şahidi  olacaqlar.

 

Digər Xəbərlər

Qadın həndbolçuların Azərbaycan çempionatında XVl turun nəticələri və turnir cədvəli

721 12.03.2023

17 yaşadək həndbolçu qızların Avropa çempionatında qrup mərhələsinin V turunun oyun cədvəli

415 10.08.2023

Azərbaycan çempionatı: II dövrənin növbəti turları yekunlaşıb

678 06.03.2023

Azərbaycan çempionatı: V tur “Azəryol” - “Kür” 30:30

238 16.12.2023

2024-cü il Avropa çempionatının təsnifat mərhələsi: Azərbaycan - İspaniya 18:38

324 14.10.2023

Beynəlxalq dərəcəli həndbol hakimlərimiz yeni təyinat alıblar

682 02.02.2017

Orxan Abbasov Azərbaycan Avropa Həndbol Federasiyasının konfransında iştirak edir

1396 02.04.2019

Orxan Abbasov: Azərbaycanda həndbola göstərilən yüksək diqqət daha böyük uğurların qazanılmasına zəmin yaradır

995 07.11.2018