Bakıda keçirilən beynəlxalq turnirin qalibi müəyyənləşdi

10.05.2019
785
Paylaş:

ABU  Arenada  Ümummilli  lider  Heydər  Əliyevin  anadan  olmasının  96-cı  ildönümünə  həsr  olunan  ənənəvi  həndbol  turnirinə  yekun  vurulub.
Beynəlxalq  yarışın  son  turunun  görüşləri  də  maraqlı  mübarizə  ilə  yadda  qalıb.  Azərbaycan  və  Gürcüstanın  24  yaşadək  həndbolçulardan  ibarət  komandalarının  qarşılaşması  27-33,  əsas  millimizlə  İraq  seçməsinin  görüşü  isə  21-39  hesabı  ilə  başa  çatıb.  Son  turun  oyunlarında  U-24  seçməmizlə  əsas  millimizin  qarşılaşması  daha  böyük  maraq  doğurub.  Gərgin  mübarizə  şəraitində  keçən  oyunda  gənc  həndbolçular  39-34  hesabı  ilə  qələbə  qazanıblar.  İraq  komandası  isə  Gürcüstanın  U-24  komandasına  aman  verməyib  -  41:20.
Beləliklə,  rəqiblərindən  daha  üstün  çıxış  edən  İraq  seçməsi  xatirə  turnirinin  qalibi  adına  layiq  görülüb.  Gürcüstan  komandası  2-ci,  Azərbaycanın  gənc  həndbolçuları  3-cü,  əsas  millimiz  isə  4-cü  yeri  tutub.
Bağlanış  mərasimində  qalibləri  təbrik  edən  Azərbaycan  Həndbol  Federasiyasının  vitse-prezidenti  Orxan  Abbasov  dəvəti  müsbət  qarşıladıqlarına  və  maraqlı  mübarizəyə  görə  yarış  iştirakçılarına  minnətdarlığını  bildirib.  Bu  cür  yarışların  əhəmiyyətini  yüksək  qiymətləndirən  federasiya  rəsmisi  növbəti  turnirlərdə  komandaların  sayının  daha  da  artırılacağını  vurğulayıb.
Baş  mükafata  sahib  çıxan  İraq  komandasının  üzvlərinə,  həmçinin  fərqlənən  digər  həndbolçulara  kubok,  diplom  və  xatirə  hədiyyələri  təqdim  olunub.
Xatırladaq  ki,  3  gün  davam  edən  yarışda  3  ölkənin  kişilərdən  ibarət  komandaları  mübarizə  aparırdı.

Digər Xəbərlər

Bakıda həndbolçular üçün ustad dərsləri təşkil olunub

379 12.08.2023

Həndbol hakimlərimiz beynəlxalq oyunları idarə edəcəklər

680 15.11.2017

Qadın həndbolçularımız rusiyalı rəqiblərinə qalib gəliblər

599 01.05.2017

“Nur” daha bir inamlı qələbə qazanıb

749 25.02.2018

“Azəryol”un Çağırış kubokundakı növbəti rəqibi müəyyənləşib

571 27.11.2017

Kişi həndbolçularımız Ukraynada ardıcıl üçüncü qələbəni qazanıblar

551 14.04.2017

Milli komandamızın dünya çempionatının ilkin təsnifat mərhələsindəki rəqibləri məlumdur

663 27.06.2018

Avropa çempionatı: SLO (Sloveniya) - LTU (Litva) 33:28

384 10.08.2023