Qadın həndbolçuların Azərbaycan çempionatında 11-ci turun növbəti oyunları keçirilib.

26.01.2019
808
Paylaş:

“ABU  Arena”da  təşkil  olunan  ilk  görüşdə  çempionatın  favoritlərindən  sayılan  “Azəryol”la  “Gənclər  Birliyi”  komandası  üz-üzə  gəlib.  Rəqibi  əksər  göstəricilərdə  üstələyən  “Azəryol”,  pərəstişkarlarını  növbəti  qələbə  ilə  sevindirib.  Oyun  33:20  hesabı  ilə  başa  çatıb.
Günün  digər  matçında  isə  “Qarabağ”  və  “İdman  Akademiyası”  komandaları  qarşılaşıblar.  Gərgin  mübarizə  şəraitində  keçən  görüşdə  daha  yüksək  əzmkarlıq  nümayiş  etdirən  “Qarabağ”  36:29  hesabı  ilə  qələbə  çalıb.
Xatırladaq  ki,  Azərbaycan  çempionatının  3-cü  dövrəsinə  Tbilisidə  start  verilmişdi.  11-ci  turun  ilk  oyununda  “Olimpiya”nın  qonağı  olan  “Azərsu”  yarışda  iştirak  edən  Gürcüstan  həndbolçularına  qalib  gəlmişdi  –  43:21.
12  oyundan  22  xal  toplayan  “Azərsu”  çempionatın  lideridir.  Əsas  rəqibindən  bir  oyun  az  keçirən  “Azəryol”  20  xalla  ikinci  pillədədir.  “Qarabağ”  14  xalla  3-cü  yerdə  qərarlaşıb.  4-cü  pillənin  sahibi  Tbilisi  “Olimpiya”sının  7  xalı  var.  “İdman  Akademiyası”  5  xalla  5-ci  yerdədir.  Aktivində  xalı  olmayan  “Gənclər  Birliyi”  yarışın  autsayderidir.

Digər Xəbərlər

Avropa çempionatı: Bosniya və Herseqovina - Litva 37:40

433 06.08.2023

Avropa çempionatı: SLO (Sloveniya) - LTU (Litva) 33:28

378 10.08.2023

Milli komandamız Malta sınaqlarını başa vurdu

787 13.01.2019

IX turun oyun cədvəli

172 30.01.2024

Həndbol hakimlərimiz nüfuzlu yarışlarda

613 21.04.2022

Gürcüstan seçmə komandası Avropa çempionatına hazırlıq üçün Bakıya gəlib

649 24.02.2017

Həndbol komandalarımız məşqlərə başlayıblar

467 06.09.2023

XXX Azərbaycan çempionatı: I turun ilk oyunlarının nəticələri

435 11.11.2023