"İdman Akademiyası" "Olimpiya" ilə oyunda qələbəni son anda əldən verib

25.10.2018
700
Paylaş:

Oktyabrın  24-də  qadın  həndbolçuların  Azərbaycan  çempionatında  bir  oyun  keçirilib.  Tbilisidə  təşkil  olunan  görüşdə  Gürcüstanın  “Olimpiya”  kollektivi  ilə  Bakının  “İdman  Akademiyası”  komandası  üz-üzə  gəlib.

Hakimlər  Famil  Qasımovla  Eldar  Əmirovun  idarə  etdiyi  oyunda  qalib  müəyyənləşməyib.  Baxmayaraq  ki,  gərgin  və  maraqlı  mübarizə  ilə  yadda  qalan  görüşdə  “İdman  Akademiyası”  qələbəyə  yaxın  olub.  Matçın  sonlarında  rəqibi  bir  xal  qabaqlayan  Bakı  həndbolçuları  üstünlüyü  qoruya  bilməyiblər.  Meydança  sahiblərinin  final  fitinə  az  qalmış  yerinə  yetirdiyi  7  metrlik  cərimə  zərbəsi   matçın  yekun  nəticəsini  rəsmiləşdirib  –  24:24.

Komandalar  oktyabrın  26-da  yenidən  qarşılaşacaqlar.

Xatırladaq  ki,  razılaşmaya  əsasən,  Azərbaycan  çempionatında  mübarizə  aparan  Gürcüstanın  “Olimpiya”  komandası,  20  oyundan  10-nu  Bakıda,  qalanlarını  isə  Tbilisidə  keçirəcək.

Digər Xəbərlər

Hakimlərimiz növbəti təyinat alıblar

812 24.02.2020

İsgəndər Əsgərovun 60 yaşı tamam olur

847 02.06.2019

“Azəryol” daha bir inamlı qələbə qazanıb.

699 14.10.2017

Ölkə çempionatı :“Bakı” çətin Mingəçevir səfərinə yollanır

114 13.03.2024

Həndbol üzrə XXX Azərbaycan çempionatında I turun oyun cədvəli

396 10.11.2023

Avropa çempionatı: Bosniya və Herseqovina - Litva 37:40

442 06.08.2023

"Bakı" ilə "Məhsul" ölkə kubokunun finalında

776 02.03.2019

Avropa çempionatında qrup mərhələsinə yekun vurulub

349 10.08.2023