Kişi həndbolçuların ölkə çempionatında mübarizə getdikcə kəskin xarakter alır. Çempionluq mübarizəsini davam etdirən komandalar 14-cü turda üz-üzə gələcək.
Turun açılış oyunu martın 14-də “Azəryol” və “Dinamo” arasında olacaq. Ötən tur “Bakı”ya məğlub olan “Azəryol” həndbolçuları bu görüşdə qalib gəlməklə çempionluq iddiasını davam etdirmək niyyətindədir. “AHF Arena”da keçiriləcək bu matç saat 19-da start götürəcək. Turun mərkəzi qarşılaşması liderlər qrupunda qərarlaşan komandalar arasında olacaq. 19 xalla yarış cədvəlinə başçılıq edən “Kür” ən yaxın izləyicisi, ondan bir xal geri qalan “Bakı”nı qəbul edəcək. Meydan sahibləri qələbə qazanacağı halda lider mövqeyini möhkəmlədəcək. Əks halda Mingəçevir həndbolçuları ilk pilləni paytaxt təmsilçisinə verməli olacaq. Martın 17-i "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq “Kür”- “Bakı” qarşılaşması saat 14-də başlanacaq.
Görüş Azərbaycan Həndbol Federasiyasının rəsmi “Facebook” səhifəsi və “Youtube” kanalından canlı yayımda azarkeşlərə təqdim olunacaq.
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
27.05.2026
Müqəddəs Qurban bayramınız mübarək!...
Həftəsonu Azərbaycan çempionatında maraqlı oyunlar gözlənilir
1291
04.04.2025
Avropa kuboku: Kür (Azərbaycan) - Sao Pedro do Sul (Portuqaliya) 23:31 (13:14)
573
05.10.2025
Azərbaycan çempionatında təxirə salınmış oyunlar keçirilib
2525
22.05.2023
Ölkə çempionatı: “Bakı”-“Azəryol” 33:19 (20:10)
280
31.01.2026
“Azəryol” "Kristianstad”la növbəti oyununu keçirib
2532
03.02.2018
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan turnirə yekun vurulub
2783
10.05.2022
Qadın həndbolçularımız beynəlxalq turnirdə daha bir qələbə qazanıblar
2694
13.04.2017
Azərbaycan kubokunda yarımfinal görüşləri keçiriləcək
1290
20.05.2025