Həndbol üzrə Azərbaycan çempionatına yekun vurulub

13.03.2017
671
Paylaş:

Martın  12-də  həndbol  üzrə  Azərbaycan  çempionatı  yekunlaşıb.

Qadın  həndbolçuların  yarışının  ikinci  dövrəsinin  son  oyunlarında  “Gənclər  Birliyi”  komandası  “Qarabağ”a  32:30,  Respublika  İxtisaslaşdırılmış  Olimpiya  Ehtiyatları  Uşaq-Gənclər  İdman  Mərkəzinin  (RİOEUGİM)  2  saylı  klubu  “Nəsimi”yə  (12  saylı  İOEUGİM)  33:28  hesabı  ilə  qalib  gəlib.  Kişilərin  mübarizəsində  isə  “Məhsul”  “Təhsil”i  42:29,  “Nur”  “Azəryol”u  27:21  hesabı  ilə  məğlubiyyətə  uğradıb.

Oyunlardan  sonra  XXIV  Azərbaycan  çempionatının  bağlanış  mərasimi  keçirilib.

Tədbirdə  çıxış  edən  AHF-in  prezidenti  Saleh  Məmmədov  çempionatın  əhəmiyyətindən  söz  açaraq  qısa  müddət  ərzində  görülmüş  işlər  barədə  məlumat  verib.  O,  əldə  olunan  nailiyyətlərə  və  həndbolun  inkişafına  göstərdiyi  yüksək  diqqətə  və  dəstəyə  görə  dövlətimizin  başçısı  İlham  Əliyevə  minnətdarlığını  bildirib.

Gənclər  və  idman  nazirinin  müavini  İsmayıl  İsmayılov  Azərbaycan  çempionatında   fərqlənən  həndbolçuları  təbrik  edərək   onlara  beynəlxalq  yarışlarda   uğurlar  arzulayıb.

Ardınca  keçirilən  mükafatlandırma  mərasimində   əvvəlcə  kişi  həndbolçulara  medallar  təqdim  olunub.  “Məhsul”  komandası  qızıl,  “Təhsil”  kollektivi  gümüş,  RİOEUGİM  (2  saylı)  həndbolçuları  isə  bürünc  medallara  layiq  görülüb.

Qadınlar  arasında  keçirilən  yarışların  nətəcələrinə  əsasən,  “Nur”  qızıl,  “Azəryol”  gümüş,  “Qarabağ”  bürünc  medallarla  təltif  olunub.  Bununla  yanaşı,  ayrı-ayrı  nominasiyalar  üzrə  fərqlənən  həndbolçular  da  mükafatlandırılıblar.

Digər Xəbərlər

Milli komandamız növbəti matça çıxıb

389 14.10.2023

Seçmə komandamız 3 yoxlama görüşü keçirib

628 24.05.2018

Beynəlxalq dərəcəli deleqat İsgəndər Əsgərov daha bir təyinat alıb

708 05.04.2023

"Məhsul"  əsas rəqibini üstələdi

656 18.01.2020

Azərbaycan Həndbol Federasiyasının yeni loqotipi hazırlanıb

719 08.02.2017

Həndbol üzrə XXV Azərbaycan çempionatında 10 komanda mübarizə aparacaq

661 07.10.2017

”Bakı-2017”: Qadın həndbolçulardan ibarət komandamız ardıcıl ikinci qələbəni qazanıb

739 10.05.2017

“Azəryol” komandası “Qaliçanka” klubu ilə ilk oyununu keçirib

720 07.09.2019