Azərbaycanı Avrokuboklarda üç komanda təmsil edəcək

08.08.2018
708
Paylaş:

Ölkəmizi  Avropa  miqyaslı  yarışlarda  təmsil  edən  komandalardan  biri  “Azəryol”dur.  Qadın  həndbolçulardan  ibarət  klub   2017-ci  ilin  fevral  ayında  təsis  olunub.  Yarandığı  ildə  həndbol  üzrə  24-cü  Azərbaycan  çempionatına  qatılan  paytaxt  təmsilçisi  gümüş  mükafata  layiq  görülüb.  Həmin  il  çimərlik  həndbolu  üzrə  ikinci  Azərbaycan  çempionatında  da  qüvvəsini  sınayan  "Azəryol"    bu  yarışda  da  mükafatçılar  sırasına  yüksəlib.  “Azəryol-1”  və  “Azəryol-2”  adı  ilə  yarışa  qatılan  klubun  həndbolçuları  etimadı  doğruldublar.  Belə  ki,   “Azəryol-1”  çempionatın  gümüş  medallarına  sahib  çıxıb.  Avropa  Həndbol  Federasiyasının  “Çağırış  Kuboku”  turnirində  çıxışa  gəlincə,  “Azəryol”un  debütü  uğurlu  alınıb.  İlk  mərhələdə  Lüksemburqun  “HB  Dudelanj”  komandasına  hər  iki  görüşdə  qalib  gələn  komandamız  rəqibi  mübarizədən  kənarlaşdırıb.  Lakin  1/4  final  mərhələsində   "Azəryol"  “Kristiansiad”  (İsveç)  səddini  adlaya  bilməyib.  Komanda  25-ci  Azərbaycan  çempionatını  da  gümüş  medallarla  bitirib.  Ölkə  kuboku  uğrunda  yarışlarda  isə   fəxri  kürsüdən  kənarda  qalan  "Azəryol"  çempionatın  gümüş  mükafatçısı  kimi  yenidən  “Çağırış  Kuboku”  turnirində  ölkəmizi  təmsil  edəcək.

Qadın  həndbolçulardan  ibarət  daha  bir  komandamız   -  “Azərsu”  2017-ci  ilin  iyulunda  yaradılıb.  “Azərsu”  ən  yüksək  nəticəsinə  25-ci  Azərbaycan  çempionatında  imza  atıb.  Komanda  sözügedən  yarışın  baş  mükafatına  layiq  görülüb.  Çimərlik  həndbolu  üzrə  ölkə  çempionatında  çıxışı  uğursuz  alınan  "Azərsu”  Azərbaycan  kuboku  uğrunda  yarışlarda  yenidən  inamlı  təsir  bağışlayaraq   ikinci  pillənin  sahibi  olub.  Son  ölkə  çempionu   “EHF  Cup”  uğrunda  yarışlarda  qüvvəsini  sınayacaq.

Kişi  həndbolçulardan  ibarət  “Bakı”  komandasının  da  təməli  2017-ci  ilin  iyul  ayında  qoyulub.  Yarandığı  gündən  iddiaçılar  sırasında  olan  paytaxt  klubu   mükafatları  sıralayıb.  Əvvəlcə  çimərlik  həndbolu  üzrə  ikinci  Azərbaycan  çempionatına  qatılan  komanda  gümüş  medalların  sahibi  olub.  Ardınca   XXV  ölkə  çempionatı  və  Azərbaycan  kuboku  uğrunda  yarışlarda  bütün  rəqiblərini  üstələyən  “Bakı”   2017-2018-ci  il  mövsümünü  qızıl  dublla  yekunlaşdırıb.  Bununla  kifayətlənməyən  paytaxt  həndbolçuları   mayın  9-dan  11-dək  Bakıda  təşkil  olunan,  ümummilli  lider  Heydər  Əliyevin  anadan  olmasının  95-ci  ildönümünə  həsr  edilən  beynəlxalq  turnirdə  də  inamla  mübarizə  aparıblar.  Qələbəyə  əsas  namizədlərdən  sayılan  "Bakı"  bu  turniri  ikinci  pillədə  başa  vurub.  Ümumilikdə  isə   mövsümün  ən  uğurlu  komandalarından  hesab  olunan  “Bakı”,  “Çağırış  kuboku”  uğrunda  yarışlarda  da  etimadı  doğrultmağa  çalışacaq.

Digər Xəbərlər

Lider mövqeyini bir qədər də möhkəmlədib

723 03.11.2018

Həndbol üzrə XXVII Azərbaycan çempionatına start verilir

833 07.10.2019

Azərbaycanlı hakimlər “Challenge Cup” turnirinin oyunlarına təyinat alıblar

574 16.03.2017

Çimərlik həndbolu üzrə ikinci ölkə çempionatı başlanır

661 18.08.2017

Azərbaycan millisi “Bakı-2017”də növbəti qələbəni rəsmiləşdirib

633 10.05.2017

Həndbol məşqçiləri üçün seminar keçiriləcək

764 08.02.2023

X turun son oyununun nəticəsi

148 11.02.2024

“Bakı-2017”: Qadın həndbolçularımız inamla irəliləyirlər

571 11.05.2017