Azərbaycan çempionatının ən sərrast oyunçuları

30.04.2018
735
Paylaş:

Həndbol  üzrə  Azərbaycan  çempionatının  ən  sərrast  oyunçuları  müəyyənləşib.

Ötən  gün  yekunlaşan  mövsümdə   rəqib  qapılarına  ən  çox  yol  tapan  qadın  həndbolçu  Anna  Həmidova  olub.  “Qarabağ”ın  hücumçusu  157  dəqiq  zərbənin  müəllifidir.  “Gənclər  Birliyi”nin  oyunçusu  Kamilla  Bayramova  105  qolla  bombardirlər  siyahısında  2-cidir.  “İdman  Akademiyası”nın  üzvü  Yuliya  Deryabinanın  aktivində  isə  104  qol  var.

Kişilərin  çempionatında  ən  sərrast  həndbolçu  adına   105  qolla   “Təhsil”in  oyunçusu  Dmitri  Çapligin  sahib  çıxıb.  Onun  komanda  yoldaşı  Sergey  Dubovik  84  qola  imza  atıb.  “Bakı”nın  üzvü  Sabir  Nəzərəliyev  isə  78  qolla  3-cü  yerdə  qərarlaşıb.

Digər Xəbərlər

Kişi həndbolçuların Azərbaycan çempionatında daha altı qarşılaşma keçirilib

697 27.11.2022

Nasser Salimi: Yaxın gələcəkdə Azərbaycan həndbolunun Avropada öz sözünü deyəcəyinə ümid edirəm

702 13.07.2022

Gürcüstan seçmə komandası Avropa çempionatına hazırlıq üçün Bakıya gəlib

654 24.02.2017

Azərbaycanı Avrokuboklarda üç komanda təmsil edəcək

708 08.08.2018

İsgəndər Əsgərov Gürcüstanda keçiriləcək yarışa dəvət alıb

656 15.07.2018

9 dekabr tarixində Azərbaycan Həndbol Federasiyasının rəsmi “Facebook” səhifəsində və “YouTube” kanalında canlı yayımlanacaq oyunların siyahısı

281 08.12.2023

Qadın həndbolçuların Azərbaycan çempionatında XI turdan sonra turnir cədvəli

180 21.02.2024

Yeniyetmələr arasında həndbol üzrə Azərbaycan birinciliyi keçiriləcək

618 01.06.2022