Ölkəmizi Avropa miqyaslı yarışlarda təmsil edən komandalardan biri “Azəryol”dur. Qadın həndbolçulardan ibarət klub 2017-ci ilin fevral ayında təsis olunub. Yarandığı ildə həndbol üzrə 24-cü Azərbaycan çempionatına qatılan paytaxt təmsilçisi gümüş mükafata layiq görülüb. Həmin il çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatında da qüvvəsini sınayan "Azəryol" bu yarışda da mükafatçılar sırasına yüksəlib. “Azəryol-1” və “Azəryol-2” adı ilə yarışa qatılan klubun həndbolçuları etimadı doğruldublar. Belə ki, “Azəryol-1” çempionatın gümüş medallarına sahib çıxıb. Avropa Həndbol Federasiyasının “Çağırış Kuboku” turnirində çıxışa gəlincə, “Azəryol”un debütü uğurlu alınıb. İlk mərhələdə Lüksemburqun “HB Dudelanj” komandasına hər iki görüşdə qalib gələn komandamız rəqibi mübarizədən kənarlaşdırıb. Lakin 1/4 final mərhələsində "Azəryol" “Kristiansiad” (İsveç) səddini adlaya bilməyib. Komanda 25-ci Azərbaycan çempionatını da gümüş medallarla bitirib. Ölkə kuboku uğrunda yarışlarda isə fəxri kürsüdən kənarda qalan "Azəryol" çempionatın gümüş mükafatçısı kimi yenidən “Çağırış Kuboku” turnirində ölkəmizi təmsil edəcək.
Qadın həndbolçulardan ibarət daha bir komandamız - “Azərsu” 2017-ci ilin iyulunda yaradılıb. “Azərsu” ən yüksək nəticəsinə 25-ci Azərbaycan çempionatında imza atıb. Komanda sözügedən yarışın baş mükafatına layiq görülüb. Çimərlik həndbolu üzrə ölkə çempionatında çıxışı uğursuz alınan "Azərsu” Azərbaycan kuboku uğrunda yarışlarda yenidən inamlı təsir bağışlayaraq ikinci pillənin sahibi olub. Son ölkə çempionu “EHF Cup” uğrunda yarışlarda qüvvəsini sınayacaq.
Kişi həndbolçulardan ibarət “Bakı” komandasının da təməli 2017-ci ilin iyul ayında qoyulub. Yarandığı gündən iddiaçılar sırasında olan paytaxt klubu mükafatları sıralayıb. Əvvəlcə çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatına qatılan komanda gümüş medalların sahibi olub. Ardınca XXV ölkə çempionatı və Azərbaycan kuboku uğrunda yarışlarda bütün rəqiblərini üstələyən “Bakı” 2017-2018-ci il mövsümünü qızıl dublla yekunlaşdırıb. Bununla kifayətlənməyən paytaxt həndbolçuları mayın 9-dan 11-dək Bakıda təşkil olunan, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən beynəlxalq turnirdə də inamla mübarizə aparıblar. Qələbəyə əsas namizədlərdən sayılan "Bakı" bu turniri ikinci pillədə başa vurub. Ümumilikdə isə mövsümün ən uğurlu komandalarından hesab olunan “Bakı”, “Çağırış kuboku” uğrunda yarışlarda da etimadı doğrultmağa çalışacaq.
Həndbol üzrə Azərbaycan kuboku uğrunda mübarizə davam edir
2469
16.12.2017
Avropa kuboku: Bakı (Azərbaycan) - Oxrid (Şimali Makedoniya) 11:44 (7:24)
568
11.10.2025
X turun növbəti oyunlarının nəticələri
2333
10.02.2024
“Azəryol” finala yüksəldi
1454
21.05.2025
Həndbol üzrə XXV Azərbaycan çempionatında 10 komanda mübarizə aparacaq
2744
07.10.2017
Qadın həndbolçulardan ibarət millimiz “Bakı-2017”nin qalibidir
2436
14.05.2017
Avropa çempionatı: Gürcüstan - Azərbaycan 39:13
2375
05.08.2023
Azərbaycan çempionatı, XII tur: U-17- “İdman Akademiyası” 24:46 (11:20)
1629
25.01.2025