“Challenge Trophy” yarışının qalibi məlumdur

06.04.2018
690
Paylaş:

Bosniya  və  Herseqovinanın  Tuzla  şəhərində  2000-2001-ci  il  təvəllüdlü  qızların  qatıldığı  “Challenge  Trophy”  turniri  başa  çatıb.

Həlledici  görüşdə  Bosniya  və  Herseqovina  komandası  ilə  Belçika  seçməsi  qarşılaşıb.  Gərgin  mübarizə  ilə  yadda  qalan  oyunda  27:26  hesabı  ilə  qələbə  çalan  ev  sahibləri  baş  mükafata  layiq  görülüblər.

Üçüncü  yerin  sahibi  Estoniyanı   22:21  hesabı  ilə  məğlub  edən  Lüksemburq  kollektivi  olub.

Beşinci-altıncı  yerlər  uğrunda  oyun  Moldovanın  Kipr  üzərində  41:24  hesablı  qələbəsi  ilə  nəticələnəib.

Digər  təsəlliverici  oyunda  Azərbaycan  millisi  Böyük  Britaniya  seçməsinə  28:22  hesabı  ilə  qalib  gələrək,  yeddinci  yeri  tutub.  “KSPC  Mejdan”da  keçirilən  matçın  hakimləri   xorvatiyalı  İvana  Koren  və  Vedrana  Stancir  olub.  Avropa  Həndbol  Federasiyasını  isə  rusiyalı  Lüdmila  Bodnieva  və  Bosniya  və  Herseqovinalı  Vladimir  Yoviç  təmsil  edib.

Rəqib  qapılarından  45  top  keçirən  həndbolçumuz  Kamilə  Bayramova   yarışın  ən  məhsuldar  oyunçusu  adına  layiq  görülüb.

Digər Xəbərlər

“Challenge Trophy” turnirində finalçılar müəyyənləşib

612 03.06.2018

Həndbolçu qızlar beynəlxalq turnirdə daha bir oyuna çıxıblar

627 09.02.2018

Azərbaycan kubokunun sahibləri müəyyənləşdi

681 07.03.2018

Azərbaycan çempionatı: IV turun son oyunlarının nəticələri

273 09.12.2023

Azərbaycan çempionatında daha 3 oyun keçirilib

649 12.11.2017

İrəli, Azərbaycan əsgəri, qələbə bizimlədir!

1175 01.10.2020

Avropa Kuboku: Jomi Salerno - Kur 36:19

401 24.09.2023

"Azərsu" ilə "Azəryol" münasibətləri aydınlaşdıra bilmədi

595 13.01.2018