Həndbol hakimlərimiz beynəlxalq oyunları idarə edəcəklər

15.11.2017
887
Paylaş:

Beynəlxalq  dərəcəli  həndbol  hakimlərimiz  qitə  miqyaslı  yarışlara  təyinat  alıblar.

Vaqif  Əliyev  və   Ələkbər  Ağakişiyev  kişilər  arasında  Avropa  Həndbol  Federasiyası  (EHF)  kubokunun  “Koks”  (Finlandiya)  –  “RD  Riko  Ribnika”  (Sloveniya)  matçını  idarə  edəcək. Noyabrın  19-da  “Suintino”  arenasında  keçiriləcək  görüşün  EHF  nümayəndəsi  litvalı  Tadas  Cansonas  olacaq.

Noyabrın  25-də   Emil  və  Ernest  Ağakişi  qardaşlarından  ibarət  hakimlər  briqadamız   kişi  həndbolçuların  “Çağırış  kuboku”nun  “Qranitas  –  Karus  Karinas”  (Litva)  –  “HC  Evrofarm  Rabotnik”  (Makedoniya)  matçında  ədaləti  təmsil  edəcək.  “Kaunas”  arenadakı  qarşılaşmada  EHF-nin  nümayəndəsi  qismində  rumıniyalı  Remus  Kojocaru  təmsil  olunacaq.

Təcrübəli  həndbol  referimiz  İsgəndər  Əsgərov  isə   noyabr  ayının  24-ü  və  26-da “Çağırış  kuboku”  çərçivəsində  qarşılaşacaq  Türkiyənin  “Göztəpə  SK”  və  Yunanıstanın  “A.C.  PAOK”  komandalarının  mübarizəsində  EHF  nümayəndəsi  kimi  fəaliyyət  göstərəcək.  İzmirin  “Bornova  Atatürk  Spor  Kompleksi”ndə  keçiriləcək  oyunu  lüksemburqlu  Alain  Rauçs  və  Filip  Linster  idarə  edəcək.

Digər Xəbərlər

Lüdmila Şubina Fəxri fərmanla təltif edilib

462 09.10.2023

Qadınlardan ibarət “Qarabağ” komandası təlim-məşq toplanışına yollanacaq

777 31.07.2017

Həndbol məşqçiləri üçün seminar keçirilib

996 13.02.2023

Azərbaycan Kuboku: final mərhələsinin nəticələri

234 30.05.2024

Hakimlər kollegiyasının iclası keçirilib

848 04.03.2022

“Kür” yenidən zirvəni ələ keçirdi

355 26.03.2024

Gürcüstan seçmə komandası Avropa çempionatına hazırlıq üçün Bakıya gəlib

851 24.02.2017

Azərbaycan çempionatı: Mövsümdə ilk dəfə bərabərlik qeydə alındı

377 18.12.2023