Qızlardan ibarət “Bakı” həndbol komandasının baş məşqçisi Çingiz Əzimov AHF-nin mətbuat xidmətinə verdiyi açıqlamada qarşıdakı hədəflərdən danışıb.
“Bakı” komandasına dəvət aldığımda çox sevindim. Çunki yeni kollektiv əsasən əsasən gənc həndbolçulardan formalaşıb. Bildiyiniz kimi, məşqçilik karyeramda bir sıra klublarda, həmçinin gənclərlə işləmişəm. “Bakı”nın heyətində bölgələrimizi təmsil edən 4 həndbolçu var. Onlardan ikisi Şirvan, digərləri isə Göygöl və Mingəçevir şəhərindəndir. Bu, çox önəmli haldır. Belə ki, heyətdə regionlardan həndbolçuların olması, həmin şəhər və rayonlarımızda həndbola marağın artmasına, eləcə də bu idman növünün kütləviliyi üçün zəmin yarada bilər. İnanıram ki, bu gün “Bakı”nın gənc oyunçuları yaxın gələcəkdə təcrübəli həndbolçu kimi əsas komandalarda çıxış edəcəklər. Gənclərlə işləməyi çox sevirəm. Deyə bilərəm ki, vaxtilə rəhbərliyim altında çıxış etmiş bir sıra həndbolçular bu gün məşqçi kimi uğurlu fəaliyyətlərini davam etdirirlər. “Bakı”nın gənc həndbolçuları da çox çalışmalı və təcrübə toplamalıdırlar. Onlara böyük ümidlərim var.
Avropa çempionatı: Sloveniya - Bosniya və Herseqovina 41:27
1900
05.08.2023
Liderə layiq qələbə
945
20.04.2025
“Kür” liderliyi davam etdirir
1001
04.02.2025
Bakıda beynəlxalq həndbol turniri başlandı
1242
28.08.2024
Kişi həndbolçulardan ibarət “Bakı” komandasının Avropa kubokundakı rəqibi bəlli olub
2062
11.09.2022
Çimərlik həndbolu üzrə ölkə çempionatına qadınların mübarizəsi ilə start veriləcək
1983
16.08.2017
"Nur" komandası çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatının baş mükafatını qazanıb
2090
20.08.2017
“Kür” Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirə qələbə ilə başladı
739
30.08.2025