Bakıda beynəlxalq həndbol turniri başlandı

28.08.2024
1727
Paylaş:

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş həndbol üzrə beynəlxalq turnirə start verilib. Əvvəlcə Azərbaycan Həndbol Federasiyasının kollektivi və yarış iştirakçıları Fəxri xiyabanı ziyarət edərək, müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb. 
Açılış mərasimində çıxış edən Gənclər və idman naziri Fərid Qayıbov bu cür yarışların Azərbaycanda həndbolun inkişafına təkan verəcəyini bildirib. O, turnirin yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycan Həndbol Federasiyasına təşəkkürünü bildirib.
İştirakçıları salamlayan Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov   Qazaxıstan və Özbəkistan komandalarının turnirə qatılmasından məmnunluğunu ifadə edərək komandalara uğurlar arzulayıb. Dövlət Himnimiz səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Açılış mərasimi bədii hissə ilə davam edib. Qeyd edək ki, turnirdə qadınlardan ibarət “Azəryol”, “Qarabağ” və “Kür”lə  yanaşı, Qazaxıstanın "Astana” və “Alatau Arulary” komandaları, həmçinin Özbəkistan millisi mübarizə aparır. “AHF Arena”da keçirilən yarışın açılış matçında “Kür” və “Astana” komandaları üz-üzə gəlib. Referilər Eldar Əzimovla Famil Qasımovun idarə etdiyi oyunun deleqatı beynəlxalq dərəcəli hakim Ələkbər Ağakişiyev olub. Bərabər səviyyədə başlayan və xala-xal prinsipi ilə keçən qarşılaşmada tarazlıq hissənin sonlarına doğru pozulub. Fürsətlərdən layiqincə faydalanan Qazaxıstan həndbolçuları fasiləyə 4 xallıq üstünlüklə yollanıblar – 18:14. Oyunun ikinci hissəsi də gərgin və maraqlı mübarizə ilə yadda qalıb. Hesabdakı geriliyi aradan qaldırmaq istəyən “Kür” çox çalışsa da istəyini reallaşdıra bilməyib. Beləliklə görüş “Astana” komandasının xeyrinə başa çatıb – 36:26. Yarışın ikinci oyununda “Qarabağ”la Özbəkistan millisi qarşılaşıb. Ləman Həmidova ilə Aydan Hüseynovanın idarə etdiyi matçın deleqatı beynəlxalq dərəcəli hakim Vaqif Əliyev olub. Effektli qarşılıqlı hücumlarla start götürən oyun hissənin ortalarınadək bərabər mübarizə şəraitində keçib. Tədricən təşəbbüsə yiyələnən qonaqlar hesabda üstünlük qazanmağa nail olublar. Nəticədə ilk hissə Özbəkistan millisinin 17:12 hesablı qələbəsi ilə yekunlaşıb. İkinci hissəyə daha fəal başlayan komandamızın kəsərli hücumlar sayəsində fərqi aradan qaldıraraq irəli çıxmağı bacarıb. Bununla razılaşmayan rəqib komanda yenidən üstünlüyə yiyələnməyə cəhd göstərsə də yüksək əzmkarlıq göstərən “Qarabağ” matçı qələbə ilə bitirib. Komandamız Zinaida Axundovanın son saniyələrdə vurduğu qolla meydançadan qalib ayrılıb – 28:27.

Digər Xəbərlər

"Qarabağ"in kişi və qadın komandaları 3-cü turu qələbə ilə başa vurdu

380 19.12.2025

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş həndbol üzrə rayon turnirinə start verilib

2537 09.05.2022

Avropa çempionatı: Farer adaları - Yunanıstan 27:22

2970 05.08.2023

Gənc hakimlərimiz Açıq Avropa çempionatının oyunlarında

2262 03.07.2024

"Qarabağ"ın üzvü "Kür"ə keçdi

1383 08.09.2025

Liderə layiq qələbə

1447 20.04.2025

Azərbaycan kuboku turnirində növbəti oyunlar olub

2910 15.12.2018

Azərbaycan Həndbol Federasiyasının  nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

1245 30.08.2025