Kişi həndbolçulardan ibarət “Bakı” komandasının Avropa kubokundakı rəqibi bəlli olub

11.09.2022
2538
Paylaş:

Kişi həndbolçulardan ibarət komandaların Avropa Həndbol Federasiyası (EHF) Avropa kuboku yarışlarında 2022-2023-cü il mövsümünə start verilib.


Qitə miqyaslı turnirdə ölkəmizi təmsil edəcək “Bakı” klubu mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulacaq. Artıq Azərbaycan çempionunun rəqibi də məlumdur. Bu komandanın adı Bosniya və Herseqovinanın “Qraçanisa” və Kosovonun “Kastrioti” komandalarının oyunlarında müəyyənləşib.


İki raundluq mübarizənin hər iki görüşünü 36:22 hesablı qələbə ilə başa vuran Bosniya və Herseqovina təmsilçisi ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb. “Bakı” və Qraçanisa“ komandalarının oyunları oktyabrın sonu və ya noyabrın əvvəlinə planlaşdırılır. Oyunların məkanı iki klub arasındakı razılaşmaya əsasən müəyyənləşəcək.

Digər Xəbərlər

Qadın həndbolçularımızın İslamiadadakı rəqibləri müəyyənləşdi

501 26.10.2025

Hakimlərimiz finala təyinat alıblar

2789 24.04.2018

Bakıda beynəlxalq həndbol turniri davam edir

2625 11.05.2018

Azərbaycan çempionatı: VIII turun oyun cədvəli

2167 25.01.2024

Azərbaycan çempionatı: III turun ilk oyun gününün nəticələri

1979 26.09.2024

Çempionluq yolunda əhəmiyyətli qarşılaşma

324 30.01.2026

Avropa Kuboku: KH-7 BM. Granollers - Garabagh HC 41:18

2529 01.10.2023

"Azəryol"u Mingəçevirdə çətin sınaq gözləyir

1620 01.03.2025