Bu gün Bakıda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan həndbol üzrə beynəlxalq turnirə start verilib. Yarışın açılış mərasimində iştirakçılara Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədovun salamlarını çatdıran AHF-nin vitse-prezidenti Orxan Abbasov, ənənəvi turnirin əhəmiyyətindən söz açıb, Ulu Öndər Heydər Əliyevin xatirəsini yad etməyin mənəvi borc olduğunu bildirib. Ümummilli Liderin siyasətinin bu gün də uğurla davam etdirildiyini deyən Orxan Abbasov, Azərbaycan idmanının dünya arenasında layiqincə təmsil olunmasının, ölkə başçısı cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu vurğulayıb. Qardaş ölkələrin komandalarına təklifi qəbul etdiklərinə görə minnətdarlığını bildirən federasiya rəsmisi iştirakçılara uğurlar arzulayıb. Dövlət himni səsləndirildikdən sonra, Ulu Öndərin həyatı və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. Tədbir bədii hissə ilə sona çatıb. Qeyd edək ki, bu gün başlanan turnirə sentyabrın 3-də yekun vurulacaq.
“Kür” liderliyi davam etdirir
826
03.04.2025
"Azəryol" çətin dueldən qalib ayrıldı
901
19.04.2025
İsgəndər Əsgərov yeni təyinat alıb
2274
25.11.2021
1/2 final: “Astana” (Qazaxıstan) - Özbəkistan millisi 35:36
1186
31.08.2024
Qazaxıstan klubu Bakıda daha iki yoxlama oyunu keçirdi
1149
05.11.2024
Həndbolçularımız Bolqarıstan kollektivi ilə qarşılaşıb
2178
25.04.2023
Azərbaycan - Özbəkistan TJ 28:29 (14:16)
1395
20.05.2024
Gürcüstan millisi Avropa çempionatına Bakıda hazırlaşır
1183
17.06.2025