Qazaxıstanın kişi həndbolçulardan ibarət “Turan” komandasının Bakıdakı təlim-məşq toplanışı davam edir. İlk yoxlama görüşündə “Azəryol”a 28-34 hesabı ilə məğlub olan Asiya təmsilçiləri bu dəfə “Dinamo” ilə qarşılaşıb. Gərgin keçən mübarizə “Turan”ın 31-27 hesablı qələbəsi ilə başa çatıb. Digər yoxlama oyununda isə həndbolçularımızın qələbəsi qeydə alınıb. “Turan” - “Bakı” görüşündə komandamız üstün olub. Qarşılaşmanın startından təşəbbüsə yiyələnən paytaxt klubu yekunda 38-28 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “AHF Arena” idman kompleksində təşkil olunan hazırlıq prosesinə “Turan” komandasının 25 həndbolçusu qatılıb. Noyabrın 6-da yekun vurulacaq Bakı toplanışında məqsəd qarşıdakı yarışlara daha səmərəli hazırlaşmaq, Azərbaycan klubları ilə təcrübə mübadiləsi aparmaqdır.
VII tur: Kür - İdman Akademiyası 49:16
1613
14.01.2024
“Azəryol” çempionluğu rəsmiləşdirdi
2370
22.04.2019
“Azəryol” və “Kür” ilk iki pilləni bölüşür
1066
16.01.2025
Həndbol üzrə Azərbaycan çempionatına hazırlıq planı müzakirə olunub
2002
11.03.2022
Azərbaycan çempionatı: Mövsümdə ilk dəfə bərabərlik qeydə alındı
1667
18.12.2023
Çimərlik həndbolu üzrə ikinci ölkə çempionatına səkkiz oyunla start verilib.
2177
18.08.2017
“Kür” liderliyi davam etdirir
930
08.05.2025
“Kür” mövsümü çempion üzərində qələbə ilə bitirdi
1487
13.05.2024