“Azəryol” çempionluğu rəsmiləşdirdi

22.04.2019
2512
Paylaş:

Qadın  həndbolçuların  Azərbaycan  çempionatında  mübarizə  sona  yaxınlaşır.  Yarışın  19-cu  turu  da  imkanları  yüksək  qiymətləndirilən  komandaların  qələbəsi  ilə  yadda  qalıb.  Ötən  tur  əsas  rəqibinə  qalib  gələn  “Azəryol”   “İdman  Akademiyası”na  da  aman  verməyib  –  40:27.   Bu  nəticə  “Azəryol”un  çempionluğunu  rəsmiləşdirib.

“Azərsu”  –  “Qarabağ”  görüşü  isə  daha  gərgin  mübarizə  şəraitində  keçib.  Meydançaya  qələbə  üçün  çıxan  “Azərsu”  rəqibin  ciddi  müqavimətinə  baxmayaraq,  tapşırığın  öhdəsindən  gəlməyi  bacarıb  -  30:29.

20  oyundan  36  xal  toplayan  “Azəryol”  son  turun  nəticələrindən  asılı  olmayaraq,  zirvəni  heç  kimlə  bölüşməyəcək.  “Azərsu”  34  xalla  ikinci  pillədə  qərarlaşıb.  3-cü  pillədəki  “Qarabağ”ın  20  xalı  var.  “İdman  Akademiyası”  9  xalla  4-cü,  “Olimpiya”  7  xalla  5-ci  yerdədir.  Bütün  oyunlarda  məğlub  olan  “Gənclər  Birliyi”  yarışın  autsayderidir.

Qeyd  edək  ki,  Azərbaycan  çempionatına  aprelin  27-də  yekun  vurulacaq.

Digər Xəbərlər

"Kür" Azərbaycan kubokuna sahib çıxdı

1208 24.05.2025

Azərbaycan çempionatında daha 2 oyun keçirildi

1323 14.01.2025

Həndbol yarışları yenilənmiş "AHF Arena"da keçiriləcək

2418 05.09.2022

"Bakı" çətinlik çəkmədən qələbə qazandı

57 13.12.2025

Zəfər Gününə həsr olunmuş zona yarışına start verilib

2129 07.11.2022

Həndbol üzrə zona yarışı başa çatıb

2549 23.03.2023

“Azəryol” “Qarabağ”ın müqavimətini çətinliklə qırıb

2360 02.02.2019

"Qarabağ" Mingəçevirdən məğlub dönür

2217 12.04.2018