Milli komanda Kosovo sınaqlarına hazırlığı davam etdirir

06.06.2024
756
Paylaş:

Həndbol  üzrə oğlanlardan ibarət U-18 milli komandamızı qarşıda ciddi sınaq gözləyir. Millimiz avqustun 12-dən 18-dək Kosovada keçiriləcək Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparacaq.


 Həndbolçularımız məsul yarışa hazırlığı davam etdirirlər. Ötən ilin dekabr ayından start verilən hazırlıq prosesi bir neçə mərhələyə bölünüb. Əvvəlcə Gürcüstan paytaxtındakı toplanışa qatılan komandamız bu ilin martında Rusiyanın Həştərxan şəhərindəki turnirdə iştirak edib. 


Ardınca taktiki-texniki plan üzrə hazırlığı Bakıda davam etdirən milli bu gün yenidən Astraxana yola düşüb. Həndbolçularımız toplanış çərçivəsində yerli komanda ilə 3 yoxlama matçı keçirəcəklər. İyunun 11-dək davam edəcək hazırlıq prosesində 15 oyunçu baş məşqçi Rəşad Hüseynovun ixtiyarında olacaq.


 Qeyd edək ki, komandamızın iyul ayında  Mingəçevirin “Kür” Olimpiya Tədris-İdman Mərkəzində  daha bir təlim-məşq toplanışı  nəzərdə tutulub.

Digər Xəbərlər

Avropa çempionatının qrup mərhələsinin üçüncü turunun oyunları keçirilib

1196 07.08.2023

“Kür” liderliyi davam etdirir

261 04.02.2025

Həndbol üzrə Azərbaycan çempionatı başlanır

1561 13.02.2017

Azərbaycan çempionatı, X tur: “Azəryol”- “Kür” 30:28 (12:16)

379 25.01.2025

"Azəryol" ciddi sınaq qarşısında

1473 30.08.2019

Azərbaycan birinciliyinin final mərhələsi başlandı

896 28.06.2024

İsgəndər Əsgərov yeni təyinat alıb

1617 25.11.2021

Avropa Kuboku: ZRK Krivaja - Azeryol HC 31:29

1341 30.09.2023