Kişi həndbolçular arasında ölkə çempionatının 12-ci turunda “Azəryol” “Bakı”nı qəbul edib. Yarış cədvəlində 14 xalla qonşu pillələrdə qərarlaşan bu komandaların mübarizəsi maraqla gözlənilirdi. Ötən tur Mingəçevirdə lider “Kür” üzrəində inamlı qələbə qazanan “Azəryol” həndbolçularının bu qarşılaşma da qalib gələcəyinə inanlara çox idi. Lakin nominal qonaqlar ehtimalları alt-üst ediblər. Görüşə yaxşı başlayan “Bakı” həndbolçuları ilk hissədə 18:10 hesabı ilə irəli çıxıblar. Fasilədən sonra da meydan sahiblərinin mübarizədə dönüş yartamaq cəhdləri nəticəsiz qalıb. Görüşün sonuna kimi üstünlüyünü qoruyan “Bakı” yekunda 35:25 hesabı ilə qalib gəlib.
12-ci turun digər oyununda “İdman Akademiyası” “Kür”lə qarşılaşıb. Lider Mingəçevir təmsilçisi səfərdə çətinlik çəkmədən qalib gəlb-40:29.
Bu qələbə ilə xallarının sayını 19-a çatdıran “Kür” ilk pillədəki yerini möhkəmləndirib. Bu tur “Azəryol” üzərində qələbə qazanan Bakı rəqibini qabaqlayaraq 2-ci pilləyə yüksəlib. Komandanın hesabında 16 xal var. Ondan 2 xal az toplayan “Azəryol” isə ilk üçlüyü tamamlayır.
13.05.2025
Ölkə çempionatında növbəti tur başlanır...
10.05.2025
"Qarabağ" zirvəyə yaxınlaşdı
VIII turun son oyunlarının nəticələri
912
28.01.2024
Lüdmila Şubina Fəxri fərmanla təltif edilib
1055
09.10.2023
Həndbol hakimlərimiz nüfuzlu yarışlarda
1325
21.04.2022
Emil Sərxanov: “Azəryol” istəyini reallaşdıra bilər
182
31.03.2025
Azərbaycan kubokunda ilkin mərhələ yekunlaşdı
1330
30.01.2020
U18 Avropa çempionatı: Azərbaycan - Bolqarıstan 22:48
613
12.08.2024
Millimiz Litva seçməsinə qalib gəldi
906
28.02.2024
“Azərsu” “Qarabağ”la gərgin mübarizədən qalib ayrılıb
1603
23.12.2018