Həndbol hakimlərimiz nüfuzlu yarışlarda

21.04.2022
2503
Paylaş:

Beynəlxalq  dərəcəli  həndbol  hakimlərimiz  ölkəmizi  daha  bir  nüfuzlu  yarışda  təmsil  edəcəklər.  Söhbət  Avropa  Həndbol  Federasiyası  kuboku  uğrunda  turnirdən  gedir.  Referilər  Ernest  və  Emil  Ağakişi  Rumıniyanın  kişilərdən  ibarət  “Minaur  Baia  Mare”  və  Isveçin  “Alinqsas  HK”  komandalarının  görüşünə  təyinat  alıblar.
Referilərimiz  Rumıniyanın  Maramureş  şəhərinin  “Sala  Polivalenta  Laskar  Pana”  arenasında  təşkil  olunacaq  yarımfinal  görüşünü  idarə  edəcəklər.  Gərgin  mübarizə  vəd  edən  qarşılaşma  aprelin  23-də  keçiriləcək.
Xatırladaq  ki,  bu,  Ernest  və  Emil  Ağakişi  Avropa  Həndbol  Federasiyasının  bayrağı  altında  keçirilən  turnirlərin  daimi  iştirakçılarındandır.  Sözügedən  həndbol  hakimlərimizin  yetirincə  beynəlxalq  təcrübəsi  var.

 

Digər Xəbərlər

Avropa çempionatı: FAR (Farer adaları) - ESP (İspaniya) 18:38

2507 10.08.2023

Azərbaycan çempionatı, X tur: “Azəryol”- “Kür” 30:28 (12:16)

1601 25.01.2025

İsgəndər Əsgərov Avropa kubokunun oyununa təyinat alıb

1130 12.09.2025

“Dinamo” çətin oyundan qələbə ilə ayrıldı

1427 01.03.2025

Həndbol üzrə Azərbaycan kuboku turnirinə start verilib

2613 14.12.2018

Final: Özbəkistan millisi - “Azəryol” (Azərbaycan) 29:32

1728 01.09.2024

"Azəryol" autsayderlə oyunda çətinlik çəkmədi

2310 14.03.2024

Həndbol üzrə Azərbaycan çempionatına hazırlıq planı müzakirə olunub

2463 11.03.2022