Lənkəran Olimpiya İdman Kompleksində 2008-ci il və ondan kiçik təvəllüdlü yeniyetmələr arasında Azərbaycan birinciliyinin zona yarışı keçirilib.
Açılış mərasimində iştirakçıları salamlayan Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman Şöbəsinin müdiri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov onları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib. Belə yarışların keçirilməsinin vacibliyini vurğulayan mütəxəssis komandalara uğurlar arzulayıb.
Açılış mərasimindən sonra Dövlət himni səsləndirilib.
Ardınca komandalara Azərbaycan Həndbol Federasiyası tərəfindən geyim dəstləri və toplar hədiyyə edilib.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi yarışda Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara komandaları mübarizə aparıb.
İki gün davam edən zona yarışlarının nəticələrinə əsasən qalib və mükafatçılar müəyyənləşib.
Həlledici qarşılaşmada Lənkəran komandasına 13:4 hesabı ilə qalib gələn Cəlilabad kollektivi baş mükafatın sahibi olub.
3-cü yeri Masallı – Lerik görüşündə qələbə qazanan Lerik komandası tutub.
Astara həndbolçuları isə Yardımlı komandası ilə 5-6-cı yerlər uğrunda oyundan qalib ayrılıblar.
Reqlamentə əsasən, 1-ci və 2-ci yerlərin sahibləri iyun ayında Bakıda keçiriləcək Azərbaycan birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanıblar.
Kişi həndbolçuların “Bakı-2017”dəki rəqibləri müəyyənləşib
2125
06.04.2017
"Bakı" ilə "Məhsul" ölkə kubokunun finalında
2127
02.03.2019
“Azəryol” "Kristianstad”la mübarizəyə start verdi
2210
02.02.2018
İsgəndər Əsgərova daha bir etimad
1157
07.11.2024
“Qarabağ” və “Azəryol” kollektivləri növbəti qələbəni rəsmiləşdiriblər
2032
08.11.2017
“Azəryol”-“Qarabağ” görüşü gərgin idman mübarizəsi ilə yadda qalıb
2097
21.02.2023
Azərbaycan çempionatı, IX tur: “Qarabağ”- “Azəryol” 23:28 (10:11)
1172
18.01.2025
Kişi həndbolçuların Azərbaycan çempionatında mübarizəsi davam edir
2086
17.04.2023