Kişi həndbolçuların Azərbaycan çempionatında mübarizəsi davam edir

17.04.2023
2240
Paylaş:

Kişi həndbolçuların Azərbaycan çempionatında mübarizəsi davam edir.


Həftəsonu “AHF Arena” da daha iki turun oyunları baş tutub. Çempionatın XXV turu liderin xal itkisi ilə yadda qalıb. Gərgin idman mübarizəsi  vəd edən “Dinamo” - “İdman Akademiyası” görüşünün ilk hissəsi bərabərliklə başa çatıb. Fasilədən sonra fürsətlərdən daha layiqincə yararlanan “dinamoçular” oyunu qələbə ilə başa vurublar - 26:23. Turun digər oyunları maraqlı mübarizə ilə yadda qalıb. Bu, nəticələrdə də əksini tapıb. “Təhsil” “Bakı”nı 28:27, U-16 RİOEUGİM-i 23:22 hesabı ilə məğlub edib. 
“İdman Akademiyası” ilə “Dinamo”nun XXVI turdakı dueli böyük maraqla gözlənilirdi. Çempionluğa iddialı rəqiblərin növbəti görüşündə “Dinamo” yarış cədvəlinin lideri ilə  xal fərqini  azaltmaq  niyyətində idi.  Amma qonaqlar istəyini reallaşdıra bilməyiblər. Yüksək əzmkarlıq nümayiş etdirən “tələbələr” tapşırığı yerinə yetiriblər – 24:23. Digər oyunlarda “Təhsil” “Bakı”ya 29:27, RİOEUGİM U-16-ya 31:22 hesabı ilə qalib gəlib.
İdman Akademiyası 54 xalla çempionatın lideridir. “Dinamo” ondan 12 xal geri qalır. “Məhsul” 41 xalla üçüncüdür. 4-cü pillədəki “Təhsil”in 36, 5-ci yerdəki “Bakı”nın 13 xalı var. RİOEUGİM və U-16 hərəyə 6 xalla sonrakı yerləri bölüşür.

Digər Xəbərlər

Azərbaycan çempionatı: III turun ilk oyun gününün nəticələri

1402 26.09.2024

Hakimlərimiz “Sloga Pojeqa”-“Lokomotiv” oyununu idarə edəcəklər

2283 07.02.2017

Ramazan bayramınız mübarək!

1832 10.04.2024

Bakıda beynəlxalq həndbol turniri davam edir

2291 11.05.2018

Gürcüstan millisi Avropa çempionatına Bakıda hazırlaşır

1381 17.06.2025

Favoritlərdən növbəti qələbələr

2530 10.03.2019

Azərbaycan çempionatı: V tur “Təhsil” - “Qarabağ” 22:36

1889 16.12.2023

9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə hər birinizi təbrik edirik!

1373 09.11.2024