Qadın həndbolçuların Azərbaycan çempionatında son iki turun oyunları ilə mübarizəyə yekun vurulub

21.04.2023
1342
Paylaş:

Qadın həndbolçuların Azərbaycan çempionatında son iki turun oyunları ilə mübarizəyə yekun vurulub. Çempionatın lideri “Azəryol” XIX turda “Azərsu”nu sınağa çəkib. Səviyyə fərqinin açıq-aşkar hiss olunduğu oyunda cəmi 7 dəfə fərqlənən “Azərsu” bunun qarşılığında 37 dəfə topu tordan çıxarmalı olub. “Qarabağ” isə “İdman Akademiyası” ilə görüşdə favorit statusunu təsdiqləyib. İnamlı oyun nümayiş etdirən nominal ev sahibi görüşü 32:20 hesablı qələbə ilə başa vurub.
Bu komandaların XX turdakı qarşılaşmasında da imkanları yüksək qiymətləndirilən “Qarabağ” qələbə çalıb – 39:19. “Azəryol” isə bu turda “Azərsu” ilə daha insaflı davranıb. Liderin tam üstünlüyü ilə keçən oyun 36:15 hesabı ilə nəticələnib.
Beləliklə, mübarizəni 46 xalla başa vuran “Azəryol” növbəti dəfə Azərbaycan çempionu adına layiq görülüb. “Qarabağ” 36 xalla gümüş, “İdman Akademiyası” 26 xalla bürünc mükafata sahib çıxıb. “Azərsu” çempionatı 9,  “U-16” 3 xalla bitirib.

Digər Xəbərlər

“Azəryol” və “Kür” ilk iki pilləni bölüşür

328 16.01.2025

"Azərsu" ilə "Azəryol" münasibətləri aydınlaşdıra bilmədi

1451 13.01.2018

Ölkə çempionu kubok yarışında mübarizəni dayandırdı

734 24.05.2024

Azərbaycanın qadın həndbolçuları "Konya-2021"ə qələbə ilə başlayıblar

1826 07.08.2022

Həndbol hakimlərimiz nüfuzlu yarışlarda

1328 21.04.2022

Mingəçevir zona yarışlarının qalibi olub

217 24.03.2025

Orxan Abbasov Azərbaycan Avropa Həndbol Federasiyasının konfransında iştirak edir

2238 02.04.2019

“Azəryol” “Qarabağ”ı çətinliklə yendi

1636 16.03.2019