Ölkə çempionu kubok yarışında mübarizəni dayandırdı

24.05.2024
1963
Paylaş:

Həndbol üzrə XXX  Azərbaycan kubokunun ¼ final mərhələsinə start verilib.


İlk oyun gününün “AHF Arena”da keçirilən maraqlı qarşılaşmasında “Kür” və  “Azəryol” komandaları üz-üzə gəliblər. Beynəlxalq dərəcəli hakimlər Ələkbər Ağakişiyevlə Ernest Ağakişinin idarə etdiyi görüşün deleqatı Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov olub.


Ölkə çempionu ilə bürünc mükafatçının kubokdakı görüşü də gərgin və maraqlı mübarizə vəd edirdi. Oyuna daha yaxşı başlayan “Azəryol” effektli hücumlar sayəsində hesabda irəli çıxmağı bacarıb. Təşəbbüsü əldən verən “Kür”ün tarazlıq yaratmaq istəyi nəticəsiz qalıb. Müdafiədə intizamlı oynayan Vidadi Əliyevin komandası matçın əvvəlində yiyələndiyi üstünlüyü qorumaqla fasiləyə 5 topluq fərqlə yollanıb - 15:10.


İkinci hissəyə kəsərli hücumlarla başlayan Mingəçevir həndbolçuları matçın gedişində fərqi iki topadək endirməyə nail olsalar da, tezliklə toparlanan “Azəryol” yenidən təşəbbüsə yiyələnib və hesabdakı fərq də artan xətt üzrə inkişaf edib. “Kür”ün əzmkarlığı oyunun sonlarında azarkeşlərini bir qədər ümidləndirsə də, intizamı pozulmayan paytaxt təmsilçisi rəqibin fərqi 3 topdan artıq azaltmasına imkan verməyib. Beləliklə, 30:27 hesablı qələbə çalan “Azəryol” ölkə kubokunun yarımfinalına yüksəlib.


İlk oyun gününün digər görüşündə qadınlardan ibarət “Bakı” və “İdman Akademiyası” komandaları üz-üzə gəliblər. Maraqlı mübarizə şəraitində keçən oyunda daha inamlı təsir bağışlayan “İdman Acidemiası” 32:21 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər

Kişi həndbolçular arasında Azərbaycan çempionu məlum olub

2818 20.08.2017

“Bakı”  Avropa Kubokunda ciddi sınaq qarşısında

573 10.10.2025

Avropa kuboku: Kür (Azərbaycan) - Balatonfüred (Macarıstan) 20:39 (11:20)

658 19.10.2025

Azərbaycan çempionatı: “Kür” - “Azəryol” 28:34

2193 18.02.2024

Qadın həndbolçuların ölkə çempionatında XI turdan sonra turnir cədvəli

131 04.04.2026

"Qarabağ"dan növbəti qələbə

1585 27.02.2025

Kişi həndbolçuların ölkə çempionatında II turdan sonra turnir cədvəli

335 15.12.2025

Millimiz bu gün Litva ilə qarşılaşacaq

2200 28.02.2024