Kişi həndbolçuların 2026-cı il Avropa çempionatının ilkin təsnifat mərhələsinə start verilib.
Milli komandamızın Böyük Britaniya, Kipr və Malta seçmələri ilə birgə yer aldığı qrupun oyunları 3 gün ərzində Bakı İdman Sarayında keçiriləcək.
Turnirin ilk matçında Böyük Britaniya və Kipr komandaları üz-üzə gəliblər. Oyundan əvvəl Avropa Həndbol Federasiyasının bayrağı meydançaya gətirilib, açılış matçının iştirakçılarının dövlət himnləri səsləndirilib. Görüş gözlənildiyi kimi gərgin mübarizə şəraitində keçib. Hər iki komanda turnirə qələbə ilə başlamağa çalışsa da, istəyinə nail ola bilməyib. Qarşılaşma 25-25 hesabı ilə başa çatıb.
Ardınca yarışın açılış mərasimi olub. Milli musiqi sədaları altında təqdim edilən müxtəlif rəqslər, kompozisiyalar maraqla qarşılanıb.
Açılış mərasimdən sonra meydançaya Azərbaycan və Malta milliləri çıxıblar. Dövlət himnləri səsləndirildikdən sonra mübarizəyə start verilib. AHF-nin prezidenti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov, Gənclər və İdman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədovun da izlədiyi oyun Azərbaycan həndbolçularının tam üstünlüyü ilə keçib. Meydançaya qələbə üçün çıxan millimiz fasiləyə 18-6 hesablı üstünlüklə yollanıb. İkinci hissədə də təşəbbüsü əldən verməyən həndbolçularımız 34-25 hesabı ilə qələbə qazanıblar.
Günün hər iki görüşündən sonra ən yaxşı oyunçulara xüsusi mükafatlar təqdim olunub.
Qeyd edək ki, sabah saat 14:45-də Malta – Kipr, 17:00-da Azərbaycan – Böyük Britaniya görüşləri keçiriləcək. Yanvarın 15-də isə saat 12:45-də başlanacaq Böyük Britaniya – Malta və start fiti 15:00-da səslənəcək Kipr – Azərbaycan görüşləri ilə turnirə yekun vurulacaq.
13.05.2025
Ölkə çempionatında növbəti tur başlanır...
10.05.2025
"Qarabağ" zirvəyə yaxınlaşdı
Zəfər Gününə həsr olunmuş zona yarışına start verilib
1309
07.11.2022
"Azərsu" ilə "Azəryol" münasibətləri aydınlaşdıra bilmədi
1448
13.01.2018
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan həndbol turnirinə start verilib
1431
09.05.2018
"Azəryol" "Challenge Cup” turnirində cavab oyununu keçirib
1439
19.11.2018
Bugünkü oyunların nəticələri
826
06.02.2024
"Qarabağ" favorit üzərində qələbə qazandı
1586
16.10.2019
“Bakı” liderlə xal fərqini aradan qaldırdı
908
29.04.2024
Azərbaycan çempionatında ikinci dövrə yekunlaşıb
1330
12.01.2019