Paytaxtımız ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan beynəlxalq həndbol yarışına ev sahibliyi edir. Xatirə turnirində Azərbaycanın və Gürcüstanın kişi həndbolçuları mübarizə aparırlar. Ölkəmizi bu yarışda Azərbaycan çempionu “Bakı” və yenicə başa çatan çempionatın gümüş mükafatını qazanan “Məhsul” komandası təmsil edir. Həndbolçularımızın rəqibləri isə Gürcüstanın “U-20” və “Batumi” kollektivləridir.
Yarışın açılış mərasimində iştirakçılara Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədovun salamlarını çatdıran federasiyanın vitse-prezidenti Orxan Abbasov nitqinə ulu öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı ilə başlayıb. Ümummilli liderin idmana göstərdiyi diqqət və qayğıdan söz açan Orxan Abbasov həmin siyasətin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Federasiya rəsmisi Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının, təmsilçilərimizin beynəlxalq arenalarda böyük uğurlara imza atmasının məhz bu siyasətin bariz nümunəsi olduğunu bildirib.
Qonaqları gürcü dilində salamlayan O. Abbasov yarış iştirakçılarına uğurlar arzulayıb.
Turnirin ilk günündə keçirilən oyunlar həndbolçularımızın qələbəsi ilə nəticələnib. Azərbaycan çempionu “Bakı” Gürcüstanın “U-20” komandasına 36-34 hesabı ilə qalib gəlib. “Məhsul” isə “Batumi” üzərində daha inamlı qələbə çalıb – 37-28.
Mayın 10-da “Batumi” – “Bakı” və Gürcüstan “U-20” – “Məhsul” görüşləri keçiriləcək. Xatirə turnirinin qalibi mayın 11-də müəyyənləşəcək.
Azərbaycan kuboku turnirinin ilk günündə bir oyun keçirilib
594
18.09.2025
“Azəryol” finala yüksəldi
964
21.05.2025
"Məhsul" liderliyi davam etdirir
2216
10.02.2020
Azərbaycan çempionatı: III turun son oyunu
1241
30.09.2024
Həndbolçularımız Bolqarıstan kollektivi ilə qarşılaşıb
2176
25.04.2023
"Azəryol"la "Qarabağ"ın çempionluq mübarizəsi davam edir
2300
05.03.2020
“Bakı” həndbol komandası “Çağırış kuboku” uğrunda turnirdə ilk oyununa çıxıb
2175
13.10.2018
"Azəryol" vahid liderliyə yiyələndi
2215
11.12.2019