Qadın həndbolçulardan ibarət “Azəryol” klubu Avropa Həndbol Federasiyasının “Challenge Cup” (Çağırış kuboku) turnirində mübarizəni dayandırıb. Xəbər verdiyimiz kimi, qitə miqyaslı yarışın 3-cü mərhələsində “Ankara Yenimahalle BSK” komandası ilə ilk görüş həndbolçularımızın qələbəsi ilə bitmişdi. Fasiləyə 17:17 hesabı ilə yollanan rəqiblərin ikinci hissədəki duelindən "Azəryol" qalib ayrılmışdı - 30:29.
Noyabrın 18-də Türkiyə paytaxtının “THF Spor Kompleks” arenasında təşkil olunan cavab oyunu da gərgin mübarizə şəraitində keçib. Təəssüf ki, minimal üstünlüyü qorumağa çalışan həndbolçularımız doğma meydança amilindən faydalanan rəqibin qarşısını ala bilməyiblər. Görüş 31:24 hesabı ilə Türkiyə təmsilçisinin xeyrinə başa çatıb. Beləliklə, iki oyunun nəticəsinə əsasən, növbəti mərhələyə “Ankara Yenimahalle BSK” komandası çıxıb.
Xatırladaq ki, Şerif Xema və Yahya Besfortdan ibarət kosovolu hakimlər briqadasının idarə etdiyi qarşılaşmalar əvvəlcədən razılaşdırıldığı kimi Ankarada keçirilib.
13.12.2025
"Bakı" çətinlik çəkmədən qələbə qazandı
11.12.2025
"Qarabağ"dan ardıcıl ikinci qələbə
"Azəryol" çətin səfərdən qələbə ilə qayıdıb
1144
02.03.2025
"Bakı" ilə "Məhsul" ölkə kubokunun finalında
2277
02.03.2019
Azərbaycan Kuboku: 1/4 final mərhələsinin nəticələri
1860
25.05.2024
“Kür” “Qarabağ”la gərgin mübarizədən qalib ayrıldı
1259
13.01.2025
"Qarabağ"-"Azərsu" görüşündə gərgin mübarizə qeydə alınıb
2394
02.12.2017
“Qarabağ” və “Azəryol” kollektivləri növbəti qələbəni rəsmiləşdiriblər
2187
08.11.2017
Avropa çempionatı: LUX (Lüksemburq) - GRE (Yunanıstan) 23:30
2102
10.08.2023
Kubok mübarizəsi davam edir
1068
27.04.2025