Zəfər Gününə həsr olunmuş zona yarışına start verilib

07.11.2022
1314
Paylaş:

Gəncə Olimpiya İdman Kompleksində həndbol üzrə 2006-cı il təvəllüdlü və ondan kiçik yaşlı yeniyetmə qızlar arasında Azərbaycan birinciliyinin zona yarışlarına start verilib.
Zəfər Gününə həsr olunan turnirdə əvvəlcə Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin rəhbəri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov möhtəşəm Zəfər yolundan söz açaraq qeyd edib ki, Vətən müharibəsində qazanılan qələbə böyük tarixi hadisədir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və şanlı Ordumuzun şücaəti sayəsində ölkəmizin işğal altında olan əraziləri 44 gün ərzində geri qaytarıldı.
Federasiya rəsmisi zona yarışlarının digər bölgələrdə keçiriləcəyini diqqətə çatdıraraq iştirakçılara uğurlar diləyib.
Açılış mərasimi başa çatdıqdan sonra Gəncə, Mingəçevir, Şirvan və Göygölü təmsil edən komandalar mübarizə aparıblar.
Turnirin ilk qarşılaşmalarında "Gəncə 1" komandası “Gəncə 2”yə 13:5 hesabı ilə qalib gəlib. “Göygöl” “Mingəçevir”i 3:1, “Şirvan” kollektivi isə “Gəncə 2”ni 4:0 hesabı ilə məğlub edib.
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışlara noyabrın 9-da yekun vurulacaq.
Qeyd edək ki, qalib gələn komandalar gələn il Bakıda keçiriləcək Azərbaycan birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Digər Xəbərlər

Azərbaycan çempionatında növbəti oyunların nəticələri

390 06.01.2025

Azərsu – Olimpiya Tbilisi

1722 07.10.2018

Qadın həndbolçularımız rusiyalı rəqiblərinə qalib gəliblər

1265 01.05.2017

“Azəryol” həlledici görüşdə əsas rəqibini üstələdi

1624 15.04.2019

"Azəryol" hər iki oyunu Bakıda keçirəcək

1514 28.12.2017

“Azəryol”-“Kristianstad” görüşünə hakim təyinatı açıqlandı

1464 18.01.2018

Azərbaycan çempionatı: V tur “Təhsil” - “Qarabağ” 22:36

1002 16.12.2023

Həndbol üzrə XXIX Azərbaycan kuboku keçiriləcək

1343 03.05.2023