“Azəryol” həlledici görüşdə əsas rəqibini üstələdi

15.04.2019
2431
Paylaş:

Qadın  həndbolçuların  Azərbaycan  çempionatında  18-ci  tur  da  arxada  qalıb.  ABU  Arenada  keçirilən  “Azəryol”  –  “Azərsu”  görüşü  həlledici  xarakter  daşıyıb.  Bu  turadək  3  dəfə  qarşılaşan  rəqiblərin  görüşlərində  2  dəfə  “Azərsu”,  1  dəfə  isə  “Azəryol”  qalib  gəlmişdi.  Bu  baxımdan  sayca  4-cü  oyun  məsələyə  aydınlıq  gətirməli  idi.  Prinsipial  qarşılaşmada  30:25  hesabı  ilə  qələbə  çalan  “Azəryol”  rəqibi  ümumi  hesabda   4  top  fərqi  ilə  üstələyib.  Belə  ki,  son  turda  yüksək  ehtimalla  “İdman  Akademiyası”na  da  qalib  gələcək  “Azəryol”u  artıq  indidən  çempionluq  münasibəti  ilə  təbrik  etmək  olar.  Sensasiya  baş  verməsə,  martın  sonlarında  Azərbaycan  kubokunu  da  başı  üzərinə  qaldıran  “Azəryol”  üçün  bu  mövsüm  “qızıl  dubl”la  yadda  qalacaq.

18-ci  turun  digər  oyununda  “Gənclər  Birliyi”   “İdman  Akademiyası”  komandasına  28:35  hesabı  ilə  uduzub.

Qeyd  edək  ki,  20  turdan  ibarət  Azərbaycan  çempionatına  aprelin  27-də  yekun  vurulacaq.

Digər Xəbərlər

Avropa Kuboku: Azeryol HC - ZRK Krivaja 25:26

2141 01.10.2023

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirik!

1855 31.12.2023

Ölkə kubokunda daha üç oyun arxada qalıb

991 27.04.2025

Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan həndbol turnirinə start verilib

2216 09.05.2018

Həndbol yarışları dayandırıldı

2508 16.03.2020

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

1405 12.11.2024

5 Mart - Bədən Tərbiyəsi və İdman Gününüz Mübarək!

1116 05.03.2025

Azərsu – Olimpiya Tbilisi

2584 07.10.2018