Beynəlxalq dərəcəli həndbol hakimləri Ernest və Emil Ağakişi qardaşları daha bir təyinat alıblar. Onlar kişi həndbolçuların EHF Avropa kuboku turnirində Türkiyənin “Beşiktaş Yurtbay Seramik” və Litvanın “HC Qranitas –Karis Kaunas” komandalarının görüşlərini idarə edəcəklər. Yarışın ikinci mərhələsinin qarşılaşmaları İstanbulda təşkil olunacaq. Rəqiblər noyabrın 5-i və 6-da “Süleyman Seba” idman arenasında üz-üzə gələcəklər.
Beynəlxalq dərəcəli hakim inspektor İskəndər Əsgərov da yeni təyinat alıb. O, Bolqarıstanın “HC Lokomotiv G. Oryahovitsa” və Niderlandın “Kembit – Lions” komandalarının EHF Avropa kuboku turnirinin ikinci mərhələ oyununda Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.
13.05.2025
Ölkə çempionatında növbəti tur başlanır...
10.05.2025
"Qarabağ" zirvəyə yaxınlaşdı
Yeniyetmə həndbolçularımız beynəlxalq yarışlara hazırlaşırlar
1462
16.05.2018
"Gənclər Birliyi" bu dəfə də meydanı xalsız tərk etdi
1008
14.03.2024
Azərbaycan çempionatı: "Gənclər Birliyi" - "Kür" 11:51
505
15.10.2024
İsgəndər Əsgərova daha bir etimad
376
07.11.2024
Lider paytaxtda xal itirdi
909
12.02.2024
“Kür” məğlubiyyətsiz irəliləyir
311
16.01.2025
Həndbol hakimimiz beynəlxalq turnirə dəvət alıb
1614
11.03.2017
Avropa Kuboku: Garabagh HC - KH-7 BM. Granollers 15:48
1174
30.09.2023