Yeniyetmə həndbolçularımız beynəlxalq yarışlara hazırlaşırlar

16.05.2018
2272
Paylaş:

18  yaşadək  həndbolçu  qızlardan  ibarət  seçmə  komandamız   “Challenge  Trophy”  (Çelenc  Trofi)  turniri  və  açıq  Avropa  çempionatına  hazırlığı  davam  etdirir.  Həndbolçularımız  yaxın  günlərdə   bu  məqsədlə  3  yoxlama  matçında  qüvvələrini  sınayacaqlar.  Rəqib  Gürcüstanın  eyni  yaş  qrupundan  olan  seçmə  kollektivdir.  Qonşu  ölkənin  Telavi  şəhərində  keçiriləcək  3  yoxlama  görüşü  mayın  21-i,  22-si  və  23-nə  təyin  olunub.

Qeyd  edək  ki,  yeniyetmə  həndbolçularımız  əvvəlcə  mayın  29-dan  –  iyunun  3-dək   Bosniyanın  Tuzla  şəhərində  keçiriləcək   “Challenge  Trophy”  turnirinə  qatılacaqlar.  “B”  qrupunda  qərarlaşan  komandamız   Böyük  Britaniya,  Bosniya  və  Hersoqovina  və  Lüksemburq  seçmələri  ilə  mübarizə  aparacaq.

İsveçin  ev  sahibi  olduğu  açıq  Avropa  çempionatında   mübarizəyə  isə   iyulun  2-də  start  veriləcək.  Qitə  çempionunun  adına  iyunun  6-da  aydınlıq  gətiriləcək.

Digər Xəbərlər

"İdman Akademiyası"ndan inamlı qələbə

1112 28.04.2025

Həndbolçularımızın Krasnodar sınaqları davam edir

2426 08.02.2018

Çingiz Əzimov  yenidən gənc hədbolçularla çalışacaq

246 13.10.2025

9 May -faşizm üzərində Qələbə günüdür

1942 09.05.2024

Bakıda beynəlxalq həndbol turniri başlandı

1383 28.08.2024

Həndbol məşqçiləri üçün seminar keçiriləcək

2439 08.02.2023

Gərgin mübarizədə qalib müəyyənləşmədi

1847 30.03.2024

Avropa çempionatı: Lüksemburq - İsrail 25:26

2161 05.08.2023