Həndbol üzrə Azərbaycan çempionatında ikinci turun oyunları keçirilib

27.03.2022
1509
Paylaş:

Martın  26-da  həndbol  üzrə  respublika  çempionatında  ikinci  turun  oyunlarına  start  verilib.

Qadınlardan  ibarət  komandalar  iki,  kişi  həndbolçular  isə  üç  dəfə  meydana  çıxmaqla,  ümumilikdə  beş  oyun  keçirilib.

Turun  birinci  görüşündə  “Təhsil”  komandası  ilə  üz-üzə  gələn  “Bakı”   klubu  33:29  hesabı  ilə  qələbə  qazanıb.   Digər  qarşılaşmalarda  “Azəryol”  “Qarabağ”ı  32:22,   U18  İdman  Akademiyası  “Gənclər  Birliyi”ni    43:18  hesabı  ilə  məğlub  edib.  “Azərsu”  və  “İdman  Akademiyası”  arasında  keçirilmiş   oyunda  isə   heç-heçə  qeydə  alınıb  -  24:24.

Çempionatın  gərgin  keçən  sonuncu  matçında  U-16  komandası  “Məhsul”a  26:25  hesabı  ilə  qalib  gəlib.

Qeyd  edək  ki,  ikinci  turun  oyunları  ərəfəsində  bütün  komandalara  Azərbaycan  Həndbol  Federasiyası  tərəfindən  toplar  hədiyyə  olunub.

Digər Xəbərlər

“Qarabağ” əzmkar qələbə qazandı

664 21.09.2024

Milli komandamız beynəlxalq turnirə qatılıb

1527 11.06.2019

"Nur" gərgin mübarizədən qalib ayrıldı

1347 09.02.2018

Azərbaycan kuboku turnirində növbəti oyunlar keçirilib

1456 22.01.2020

Azərbaycan çempionu Danimarka təmsilçisi ilə qarşılaşacaq

1501 04.10.2017

IX turun oyun cədvəli

895 30.01.2024

Həndbol üzrə iyirmi altıncı Azərbaycan çempionatında növbəti oyun keçirilib

1726 08.04.2019

Rəfiqə Şabanova Fəxri fərmanla təltif olunub

2309 31.10.2018