Milli komandamız beynəlxalq turnirə qatılıb

11.06.2019
2665
Paylaş:

24  yaşadək  kişilərdən  ibarət  həndbol  millimiz  Gürcüstan  paytaxtı  Tiflisdə  keçirilən  yarışa  qatılıb.  Komandamız  inkişaf  etməkdə  olan  ölkələrin  həndbol  turnirində  Çin,  Böyük  Britaniya,  Kolumbiya,  Kuba  və  Hindistan  seçmələri  ilə  eyni  qrupda  mübarizə  aparır.

Həndbolçularımız  yarışa  uğurlu  start  veriblər.  Millimiz  ilk  oyunda  Hindistan  seçməsi  üzərində  45-29  hesablı  qələbə  qazanıb.  İkinci  oyunda  Kolumbiya  kollektivi  həndbolçularımızdan  üstün  olub   -  30:35.   Böyük  Britaniya  komandası  ilə  gərgin  mübarizə  şəraitində  keçən  görüş  isə  36:35  hesabı  ilə  britaniyalıların  xeyrinə  nəticələnib.

Sabah  Kuba  seçməsi  ilə  qarşılaşacaq  millimiz  qrup  mərhələsinin  son  turunda  Çin  kollektivi  ilə  üz-üzəgələcək.

Qeyd  edək  ki,  digər  qrupda  Gürcüstan,  Bolqarıstan  ,İrlandiya,  ABŞ,  Nigeriyavə  Malta  milliləri  yer  alıblar.

 

Digər Xəbərlər

Favoritlər asan qələbə qazanıblar

2595 14.04.2018

Azərbaycan çempionatında VII turun oyun cədvəli

2526 10.01.2024

Həndbolçularımız açıq havada məşqləri davam etdirirlər

3141 20.10.2020

Həndbol üzrə Azərbaycan çempionatında ikinci dövrəyə start verilir

2526 09.03.2017

Azərbaycan çempionatı: "Gənclər Birliyi" - "Kür" 11:51

1645 15.10.2024

U18 Avropa çempionatı: Azərbaycan - Böyük Britaniya 23:34

1956 18.08.2024

Ümummilli Lider Heydər Əliyevi dərin hörmətlə anırıq!

85 10.05.2026

Həndbolçularımız Bolqarıstan kollektivi ilə qarşılaşıb

2854 25.04.2023