Həndbol hakimlərimiz Çempionlar Liqasında

29.01.2021
1542
Paylaş:

Beynəlxalq  dərəcəli  həndbol  hakimlərimiz  ölkəmizi  daha  bir  nüfuzlu  yarışda  təmsil  edəcəklər.  Söhbət  qadın  həndbolçuların  Çempionlar  Liqası  turnirindən  gedir.  Referilər  Ernest  və  Emil  Ağakişi  Rusiyanın  SSKA  və  Xorvatiyanın  “Podravka  Vegeta”  komandalarının  görüşünə  təyinat  alıblar.  Onlar  "B"  qrupunun  Moskvanın  “Dinamo”  arenasında  təşkil  olunacaq  oyunlarında  ədaləti  qoruyacaqlar.  İlk  qarşılaşma  yanvarın  31-nə,  cavab  matçı  isə  fevralın  ilk  gününə  təyin  olunub.  Referilərimiz  hər  iki  oyunda  komandaları  meydançaya  çıxaracaqlar.

Qeyd  edək  ki,  bu  görüşlər  ötən  ilin  noyabr  ayında  keçirilməli  idi.  Amma,  Podravka  Vegeta“nın  həndbolçularından  birində  koronavirus  aşkarlandığına  görə  oyunlar  təxirə  salınmışdı.

Rusiya  paytaxtında  keçiriləcək  görüşlərdə  ev  sahibi  favorit  sayılır.  10  oyundan  17  xal  toplayan  SSKA  11  xalla  yarış  cədvəlinin  2-ci  pilləsində  qərarlaşıb.

Xatırladaq  ki,  bu,  Ernest  və  Emil  Ağakişi  qardaşlarının  Avropa  Həndbol  Federasiyasının  bayrağı  altında  keçirilən  turnirlərə  ilk  təyinatı  deyil.  Sözügedən  həndbol  hakimlərimizin  yetirincə  beynəlxalq  təcrübəsi  var.

 

Digər Xəbərlər

Ölkə kubokunda mübarizə başlanır

137 25.04.2025

Komandalarımızın rəqibləri müəyyənləşdi

1351 18.07.2023

Avropa Kuboku: “Azəryol” (Azərbaycan) – “Brixen” (İtaliya) 22:43

1140 20.10.2023

"Qarabağ" liderlik mövqeyini möhkəmlədib

1516 07.11.2019

Həndbol üzrə Avropa çempionatı davam edir

1203 06.08.2023

Azərbaycan çempionatı: I turun son oyunu

686 15.09.2024

Qız həndbolçulardan ibarət millimiz Avropa çempionatına hazırlaşır

1435 02.03.2023

Azərbaycanın həndbol komandalarının avrokubok yarışlarındakı rəqibləri müəyyənləşəcək

1327 16.07.2018