Həndbol üzrə Avropa çempionatı davam edir

06.08.2023
2366
Paylaş:

Bakı İdman Sarayında 17 yaşadək həndbolçu qızların Avropa çempionatı davam edir. Bu gün qitə miqyaslı yarışda daha 4 qarşılaşma olub. Günün ilk matçında “A” qrupunda qərarlaşan Bosniya və Herseqovina millisi ilə Litva komandası üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüşün ilk hissəsi Litva həndbolçularının 24:16 hesablı üstünlüyü ilə başa çatıb. Qarşılaşmanın ikinci hissəsində Bosniya və Herseqovina  təmsilçiləri 21:16 hesabı ilə qalib gəlsələr də ümumi hesabda Litva millisi qələbə çalıb - 40:37. 


Ardınca meydançaya “B” qrupunun İspaniya və Yunanıstan kollektivləri çıxıblar. Rəqibi əksər göstəricilərdə üstələyən İspaniya seçməsi asanlıqla qalib gəlib – 33:11.


“B” qrupunda keçirilən İsrail – Farer adaları görüşündə ada təmsilçisinin qələbəsinə inananlar yanılmayıblar. Daha inamlı oyun nümayiş etdirən Farer adaları komandası matçı 38:22 hesablı qələbə ilə başa vurub.


Günün son matçında isə Sloveniya komandası millimizə 58:6 hesabı ilə qalib gəlib.


Sabah çempionatda daha 4 qarşılaşma olacaq. “A” qrupunda Azərbaycan Bosniya və Herseqovina ilə, Litva Gürcüstanla üz-üzə gələcək. “B” qrupunda isə Yunanıstan – İsrail, İspaniya – Lüksemburq görüşləri keçiriləcək.


Avropa çempionatına avqustun 13-də yekun vurulacaq.


 

Digər Xəbərlər

“Azəryol” finala yüksəldi

1483 21.05.2025

Ernest Ağakişi Avropa çempionatının oyunlarına təyinat alıb

2221 29.06.2022

Azərbaycan çempionatı: “Bakı” turnir cədvəlində ikinci pilləyə yüksəldi

2345 27.02.2024

Həndbol üzrə 30-cu Azərbaycan çempionatına start verilib

2355 13.11.2023

“Azəryol” “Qarabağ”ı çətinliklə yendi

2710 16.03.2019

Həndbol məşqçiləri üçün seminar keçiriləcək

2851 08.02.2023

Bu gün Novruzun ikinci çərşənbəsi - od çərşənbəsidir.

239 03.03.2026

“Azəryol” və “Gənclər Birliyi” turu qələbə ilə başa vurub

1376 18.02.2025