Qadın həndbolçuların Azərbaycan çempionatında XII turun oyunları keçirilib. Yarış cədvəlinin lideri - “Azəryol” bu tur “İdman Akademiyası” komandasını sınağa çəkib. Matçın əvvəlindən təşəbbüsə yiyələnən nominal ev sahibi azarkeşlərinə növbəti qələbə sevinci yaşadıb. “Tələbələr” çox çalışsalar da, məğlubiyyətdən qurtula bilməyiblər. Görüş 36:29 hesabı ilə “Azəryol”un xeyrinə nəticələnib.
Günün digər qarşılaşmasında “Azərsu” və “Qarabağ” komandaları üz-üzə gəliblər. Bu görüşdə də gözlənilməz nəticə qeydə alınmayıb. Daha kəsərli hücumlar təşkil edən nominal qonaqlar matçı qələbə ilə başa vurublar – 39:31.
Məğlubiyyətsiz seriyanı davam etdirən “Azəryol” 22 xalla çempionatın vahid lideridir. Onun əsas rəqibi sayılan “Qarabağ”ın aktivində 18 xal var. “Azərsu” 6 xalla üçüncü pillədə qərarlaşıb. Autsayder “İdman Akademiyası” komandasının hələ də xalı yoxdur.
Martın 4-də keçiriləcək XIII turun oyunlarında “Azəryol” “Azərsu” ilə, “Qarabağ” “İdman Akademiyası” ilə üz-üzə gələcək.
Fevralın 21-də isə kişi həndbolçuların çempionatında 1 oyun olacaq. Söhbət “Bakı” - “Təhsil” matçından gedir.
13.12.2025
"Bakı" çətinlik çəkmədən qələbə qazandı
Qadın həndbolçularımız finalda Türkiyə millisi ilə görüşəcəklər
2129
13.05.2017
“Kür” liderliyi davam etdirir
1127
08.05.2025
Olimpiya çempionumuzun yubileyi qeyd olunub
2031
31.10.2023
Orxan Abbasov: “Həndbol üzrə Avropa çempionatının Azərbaycanda təşkil olunması müzakirə edilib”
2124
16.06.2022
Avropa çempionatının qrup mərhələsinin üçüncü turunun oyunları keçirilib
2066
07.08.2023
Həndbol üzrə Avropa çempionatı davam edir
2069
06.08.2023
"Kür" qızıl medallara sahib çıxdı
1060
17.05.2025
Hakimlərimiz Avropa çempionatında
245
15.10.2025