"Azəryol" və "Qarabağ"ın növbəti qələbəsi

20.02.2020
1440
Paylaş:

Qadın  həndbolçuların  Azərbaycan  çempionatında  XII  turun  oyunları  keçirilib.  Yarış  cədvəlinin  lideri   -  “Azəryol”  bu  tur  “İdman  Akademiyası”  komandasını  sınağa  çəkib.  Matçın  əvvəlindən  təşəbbüsə  yiyələnən  nominal  ev  sahibi   azarkeşlərinə  növbəti  qələbə  sevinci  yaşadıb.  “Tələbələr”  çox  çalışsalar  da,  məğlubiyyətdən  qurtula  bilməyiblər.  Görüş  36:29  hesabı  ilə  “Azəryol”un  xeyrinə  nəticələnib.

Günün  digər  qarşılaşmasında  “Azərsu”  və  “Qarabağ”  komandaları  üz-üzə  gəliblər.  Bu  görüşdə  də  gözlənilməz  nəticə  qeydə  alınmayıb.  Daha  kəsərli  hücumlar  təşkil  edən  nominal  qonaqlar  matçı  qələbə  ilə  başa  vurublar  –  39:31.

Məğlubiyyətsiz  seriyanı  davam  etdirən  “Azəryol”  22  xalla  çempionatın  vahid  lideridir.  Onun  əsas  rəqibi  sayılan  “Qarabağ”ın  aktivində  18  xal  var.  “Azərsu”  6  xalla  üçüncü  pillədə  qərarlaşıb.  Autsayder  “İdman  Akademiyası”  komandasının   hələ  də  xalı  yoxdur.

Martın  4-də  keçiriləcək  XIII  turun  oyunlarında  “Azəryol”  “Azərsu”  ilə,  “Qarabağ”  “İdman  Akademiyası”  ilə  üz-üzə  gələcək.

Fevralın  21-də  isə  kişi  həndbolçuların  çempionatında  1  oyun  olacaq.  Söhbət  “Bakı”  -   “Təhsil”  matçından  gedir.

Digər Xəbərlər

Həndbol üzrə XXV Azərbaycan çempionatı başlandı

1475 07.10.2017

Avropa Kuboku, III mərhələ: Haukar (İslandiya) - Kür (Azərbaycan) 30:25 (13:13)

397 30.11.2024

“Kür” mövsümü çempion üzərində qələbə ilə bitirdi

790 13.05.2024

Azərbaycanın qadın həndbolçuları "Konya-2021"ə qələbə ilə başlayıblar

1823 07.08.2022

Millimiz Dünya çempionatına qatılacaq

1304 24.04.2023

Yeniyetmə həndbolçular arasında Azərbaycan və Bakı birinciliyinə yekun vurulub

1331 05.06.2022

Azərbaycan çempionatı: I turun növbəti oyunları

586 14.09.2024

Azərbaycan çempionatı: I turun ilk oyun gününün nəticələri

541 12.09.2024