Həndbol üzrə XXV Azərbaycan çempionatı başlandı

07.10.2017
2517
Paylaş:

Bu  gün  həndbol  üzrə  növbəti  Azərbaycan  çempionatına  start  verilib.  “ABU  Arena”da  keçirilən  açılış  matçında  “Məhsul”  -  “Bakı”  qarşılaşması  29:24  hesabı  ilə  nəticələnib.

Ardınca  meydança  qadın  həndbolçuların  ixtiyarına  verilib.  “Azəryol”-“Qarabağ”  görüşü  gərgin  mübarizə  ilə  yadda  qalıb  -  25:24.

Yubiley  çempionatın  açılış  mərasimində  çıxış  edən  Azərbaycan  Həndbol  Federasiyasının  vitse-prezidenti  Orxan  Abbasov  idmanın  bu  növündə  qazanılan  uğurlardan  söz  açıb.  Vitse-prezident  budəfəki  çempionatda  iştirakçıların  sayının  daha  çox  olduğunu  və  azarkeşləri  maraqlı  mübarizə  gözlədiyini  vurğulayıb.

Açılış  mərasimindən  sonra  meydançaya  çıxan  “Azərsu”  və  “Nur”  komandalarının  oyunu  da  gözlənildiyi  kimi  maraqlı  mübarizə  şəraitində  keçib.  Daha  yüksək  əzmkarlıq  göstərən  “Azərsu”  30:26  hesabı  ilə  qalib  gəlib.

Digər Xəbərlər

Həndbolçularımız Gürcüstana yollanacaqlar

2903 03.06.2019

Bakıda həndbol üzrə ölkə birinciliyinin final mərhələsi başlayır

1557 05.06.2025

Həndbol hakimlərimiz nüfuzlu yarışlarda

2503 21.04.2022

Avropa kuboku: Kür (Azərbaycan) - Parnassos Strovolou (Kipr) 32:29

1579 27.10.2024

“Kür” liderlik mövqeyini qorudu

2051 15.04.2024

AHF mövsümü yekunlaşdırdı

1569 24.05.2025

Qadın həndbolçuların ölkə çempionatında XI turdan sonra turnir cədvəli

131 04.04.2026

U-18 millimiz Avropa çempionatına hazırlaşır

2017 23.07.2024