Kişi həndbolçuların ölkə çempionatında XI turun oyunları keçirilib. Günün böyük maraqla gözlənilən matçında “Bakı” və “Məhsul” komandaları üz-üzə gəliblər. Çempionluğa iddialı rəqiblərin növbəti görüşündə “Bakı” komandası yarış cədvəlinin lideri ilə iki xallıq fərqi aradan qaldırmaq niyyətində idi. Amma nominal ev sahibi çox çalışsa da, istəyini reallaşdıra bilməyib. Yüksək əzmkarlıq nümayiş etdirən “Məhsul” oyunu qələbə ilə başa vurub – 26:23.
Günün digər görüşündə isə “Təhsil” və U-18 komandaları qarşılaşıblar. Meydançaya favorit qismində çıxan “Təhsil” rəqibə göz açmağa imkan verməyib. Təhlükəli həmlələrin qarşısını almaqda çətinlik çəkən U-18 növbəti məğlubiyyətlə barışmalı olub – 13:29.
11 oyundan 20 xal toplayan “Məhsul” komandası çempionatın vahid lideridir. “Bakı” ondan 4 xal geri qalır. Üçüncü pillənin sahibi “Təhsil”in aktivində 5 xal var. U-18 1 xalla yarış cədvəlinin autsayderidir.
Azərbaycan çempionatında növbəti oyunlar fevralın 19-na təyin olunub. Həmin gün qadın həndbolçular meydançaya çıxacaqlar. Azarkeşləri “Azərsu” – “Qarabağ” və “Azəryol” – “İdman Akademiyası” görüşləri gözləyir.
13.05.2025
Ölkə çempionatında növbəti tur başlanır...
10.05.2025
"Qarabağ" zirvəyə yaxınlaşdı
Emil Sərxanov: “Azəryol” istəyini reallaşdıra bilər
182
31.03.2025
Azərsu – Olimpiya Tbilisi
1716
07.10.2018
"Qarabağ" liderlik mövqeyini möhkəmlədib
1514
07.11.2019
Həndbolçularımız İslam Həmrəyliyi oyunlarına hazırlaşırlar
1440
09.02.2017
Azərbaycan kubokunda 1/2 finalçılar məlumdur
1408
26.01.2020
Azərbaycan çempionatında növbəti turların oyunları keçirilib
1379
20.03.2023
Həndbolçularımız beynəlxalq turnirdə çıxış edəcəklər
1286
21.02.2017
Yeniyetmə həndbolçuların yarışında növbəti oyunlar olub
1409
13.04.2017