Həndbol üzrə XXVII Azərbaycan çempionatına start verilir

07.10.2019
2712
Paylaş:

Oktyabr  ayının  9-da  həndbol  üzrə  növbəti  ölkə  çempionatına  start  veriləcək.  Budəfəki  yarışlarda  8  komanda  bacarığını  göstərəcək.

Kişilərin  çempionatında  “Məhsul”,  “Bakı”,  “Təhsil”  və  “U-18”  qələbə  uğrunda  mübarizə  aparacaq.

Qadınların  yarışında  isə  “Azəryol”,  “Azərsu”,  “Qarabağ”  və  “İdman  Akademiyası”  kollektivləri  qüvvəsini  sınayacaq.

XXVII  Azərbaycan  çempionatı  oktyabrın  9-da  saat  13:00-da  “Azərsu”  –  “Azəryol”  görüşü  ilə  başlanacaq.  Həmin  gün  saat  15:00-da  “Qarabağ”  “İdman  Akademiyası”  ilə  üz-üzə  gələcək.

Kişilərdən  ibarət  komandaların  mübarizəsinə  isə   oktyabrın  12-də  start  veriləcək.  Həndbol  həvəskarları  ilk  turda  “Təhsil”-  “Məhsul”  və  “Bakı”  –  “U-18”  qarşılaşmalarını  izləyə  bilərlər.  Görüşlər  müvafiq  olaraq,  17:00  və  19:00-da  başlanacaq.

Qeyd  edək  ki,  Azərbaycan  çempionatının  oyunları  “ABU  Arena”da  keçiriləcək.

Digər Xəbərlər

Orxan Abbasov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib

4583 23.06.2020

Bugünkü oyunların nəticələri

1615 06.11.2024

“Dinamo” çətin oyundan qələbə ilə ayrıldı

1427 01.03.2025

“Povazska Bistrika”-“Madeira Andebol” həndbol oyununu azərbaycanlı hakimlər idarə edəcəklər

2554 26.01.2018

Xocalı soyqırımını unutma!

272 26.02.2026

Azərbaycan Kuboku: 1/2 final mərhələsinin nəticələri

2228 27.05.2024

Azərbaycan Həndbol Federasiyası regionlardakı məşqçilər üçün seminar keçirib

1634 21.01.2025

Yeniyetmə həndbolçular yarışlarda iştirak ediblər

2803 03.06.2022