Yeniyetmə həndbolçular yarışlarda iştirak ediblər

03.06.2022
2484
Paylaş:

Şağan  Olimpiya  İdman  Kompleksində   2006-2008-ci  il  təvəllüdlü  oğlanlar   arasında  həndbol  üzrə  Azərbaycan  birinciliyi   və  2006-cı  il  təvəllüdlü  və  ondan  kiçik  yaşlı  yeniyetmə  qızlar  arasında  28  may  -  Müstəqillik  Gününə  həsr  olunmuş  Bakı  şəhər  birinciliyinə  start  verilib.

Yarışın  açılış  mərasimində  iştirak  edən  Azərbaycan  Həndbol  Federasiyasının  əməkdaşları  İsgəndər  Əsgərov  və   Lyudmila  Şubina  komandaların  sayının  artmasının  həndbolun  inkişafından  xəbər  verdiyini  vurğulayıb.  Yaxın  zamanda  həndbol  üzrə  növbəti  Azərbaycan  çempionatının  keçiriləcəyini  də  diqqətə  çatdıran  federasiya  nümayəndələri  iştirakçılara  uğurlar  arzulayıblar.

Yarışın  ilk  günündə  qılzardan  ibarət  komandalar  bir,  oğlanlar  isə  iki  dəfə  meydana  çıxmaqla,  ümumilikdə  üç  oyun  keçirilib.  Açılış  matçında  "6  saylı  İOEUGİM-1"  komandası  "6  saylı  İOEUGİM-2"  kollektivinə  10:7  hesabı  ilə  qalib  gəlib.

Oğlanlar  arasındakı   ilk  qarşılaşmada   “Bakı  2”  (6  saylı  İOEUGİM)   komandası  "Gəncə"  komandasını  20:19  hesabı  ilə  üstələyib.  Günün  son  görüşündə  "Mingəçevir"   və  "Bakı  3"  komandaları  üz-üzə  gəliblər.  Maraqlı  mübarizə  şəraitində  keçən  oyun  "Mingəçevir"  həndbolçularının  21:14  hesablı  qələbəsi  ilə  yekunlaşıb.

Yarışlar  iyunun  5-dək  davam  edəcək.

 

                           

Digər Xəbərlər

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və böyük ehtiramla anırıq!

75 12.12.2025

İslamiada: Millimiz Özbəkistan   yığması ilə qarşılaşıb

174 15.11.2025

XI turun ilk oyun gününün nəticələri

1837 17.02.2024

Avropa çempionatı: Lüksemburq - İsrail 25:26

2161 05.08.2023

Həndbol yarışları dayandırıldı

2512 16.03.2020

Mingəçevir zona yarışlarının qalibi olub

1186 24.03.2025

⁠Özbəkistanın OKMK komandası Bakıdakı turnirin qalibi oldu

1131 03.09.2025

20 Yanvar Ümumxalq Hüzn Günüdür

1894 20.01.2024