Azərbaycan Həndbol Federasiyası regionlardakı məşqçilər üçün seminar keçirib

21.01.2025
1634
Paylaş:

Azərbaycan Həndbol Federasiyası (AHF) regionlarda fəaliyyət göstərən məşqçilər üçün ikigünlük seminar keçirib.


 “AHF Arena”da təşkil olunan seminarda ölkənin müxtəlif rayonlarından gələn məşqçi-müəllimlər iştirak ediblər.


Azərbaycan Həndbol Federasiyasının İdman şöbəsinin rəhbəri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov federasanın iş planı barədə danışaraq  yeni mövsümdə 1-ci liqa yarışlarının keçiriləcəyini diqqətə çatdırıb.


Həmçinin  gələcəkdə nəzərdə tutulan zona yarışlarının vaxtı, məkanı  və yeni qaydalar ilə bağlı ətraflı  məlumat verilib.


Tədbirdə  “Kür” komandasının  baş  məşqçisi  Nasser  Salimi   həndbolun texnikası və taktikası mövzusu  üzrə çıxış edib.


Həndbol məşqçiləri ilə ətraflı müzakirələrdən sonra onlara toplar və sertifikatlar təqdim edilib.

Digər Xəbərlər

İslamiada: Təsəlliverici görüşlərdə Azərbaycan və Pakistan komandaları qələbə qazanıb

2531 12.05.2017

Hakimlərimiz beynəlxalq oyunda

2583 13.10.2019

Azərbaycan kubokunun sahibləri müəyyənləşdi

2599 07.03.2018

Cəlilabad komandası respublika finalına vəsiqə qazanıb

2396 06.01.2024

Həndbolçularımız Bakıda keçiriləcək Avropa çempionatına hazırlaşırlar

2279 28.07.2023

XXX Azərbaycan çempionatı: I turun son oyunlarının nəticələri

2579 12.11.2023

Kişi həndbolçuların Azərbaycan çempionatında mübarizəsi davam edir

2541 17.04.2023

"Qarabağ"ın heyətində yeni məşqçi

631 01.10.2025